Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SİYASƏT

İLHAM ƏLİYEV: "XALQ XARİCDƏN DƏSTƏK ALAN ÜNSÜRLƏRƏ YOX DEYİB"

"Qorxaqcasına ölkədən qaçmış insanlara  siyasətdə yer yoxdur"

“Ölkənin uğurlu inkişafına zərbə vurmaq istəyən, bəzi hallarda xarici dairələrdən göstərişlər alan ünsürlərə Azərbaycan xalqı çoxdan yox deyib” 


 “Biz müstəqilliyimizi 1991-ci ildə bərpa etdik. Ancaq 1993-cü ildə ölkədə gedən xoşagəlməz proseslər və yaşanan gərginlik, böhran faktiki olaraq müstəqilliyimizi də sual altına qoymuşdu. O vaxt Azərbaycana rəhbərlik etmiş şəxslər vəzifə borcunu layiqincə yerinə yetirə bilmədilər, çətin vəziyyətlə üzləşərək vəzifələrini dondurdular, ölkədən də qaçdılar. Azərbaycan xalqı o günləri yaxşı xatırlayır”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev aprelin 15-də Astarada rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib. 

Dövlət başçısı hazırda o adamların yenə də hansısa iş görmək cəhdlərinin böyük diqqətə layiq olmadığını vurğulayıb: “Siz bunlara heç əhəmiyyət də verməyin. Bunlar, sadəcə, görüntü naminə atılan addımlardır, Azərbaycanda nə sabitliyi sarsıda, nə də Azərbaycanın uğurlu inkişafına xələl gətirə bilər. Çünki o hadisələrdə - 1990-cı illərin əvvəllərində Azərbaycanda vətəndaş müharibəsini başlamış, ondan sonra qorxaqcasına ölkədən qaçmış insanlara ölkəmizin siyasi səhnəsində yer yoxdur. O adamlar artıq tarixin arxivindədir. Sadəcə olaraq, vaxtaşırı hər hansı ölkədə baş verən hadisə bunları da nisbətən canlandırır, ruhlandırır. Biz bunu 2005-ci ildə görmüşük. O vaxt MDB məkanında baş vermiş hadisələr bunları da bir növ hərəkətə gətirmişdi. O vaxt da onlar kiminsə təcrübəsini yamsılamaqla məşğul idilər. Narıncı lentləri, bantları biz yaxşı xatırlayırıq. O vaxt da həmin cəhdlər iflasa uğradı. Çünki Azərbaycan xalqı onların hərəkətlərini dəstəkləmədi. Bu dəfə isə ümumiyyətlə, bu məsələ ilə bağlı heç danışmağa ehtiyac yoxdur. Çünki Azərbaycan dövləti o qədər güclüdür, Azərbaycanda ictimai-siyasi sabitlik o qədər möhkəmdir ki, bizim işimizə mane olmaq, Azərbaycanın uğurlu inkişafına zərbə vurmaq istəyən, bəzi hallarda xarici dairələrdən göstərişlər alan ünsürlərə Azərbaycan xalqı çoxdan yox deyib! Bizim taleyimiz öz əlimizdədir. Bizim ən böyük sərvətimiz müstəqilliyimizdir. Biz hər an müstəqilliyimizi bu konkret işlərlə, proqramlarla, quruculuq, abadlıq işləri ilə möhkəmləndirməliyik”.

Prezident bu gün Azərbaycanın nəinki öz müqəddəratını, öz taleyini özü müəyyən etdiyini, bölgədə gedən proseslərə də təsir imkanlarının artdığını deyib: “Bu gün Azərbaycanı, bizim maraqları nəzərə almadan bölgədə heç bir məsələ öz həllini tapa bilməz. Mən bu barədə bir neçə dəfə fikirlərimi bildirmişdim və həyat göstərir ki, bu, sadəcə olaraq sözlər deyildir. Bu, reallığı əks etdirən vəziyyətdir. Əgər nə vaxtsa Azərbaycanın maraqlarını kimsə kənara qoymaq istəyirsə, sonra görür ki, maraqlarımız təmin edilmədən bölgədə heç bir məsələ həllini tapa bilməz, nə siyasi sahədə, nə regional əməkdaşlıq baxımından, nə də ki, iqtisadi sahədə... Bu gün Azərbaycan regional amilə çevrilib və artan gücümüz əlbəttə ki, ölkə vətəndaşlarını, dostlarımızı sevindirir, amma bizə pis münasibət bəsləyən qüvvələri əlbəttə ki, qıcıqlandırır. Əfsuslar olsun ki, ölkə daxilində hələ də elə qüvvələr var. Onlara heç qüvvə də deyə bilmərəm. Bu gün hər bir yenilik – yolun çəkilişi, məktəbin açılışı, elektrik stansiyasının tikilməsi, ümumiyyətlə görülən çoxsaylı işlər hər bir vətəndaşı sevindirir, təkcə onlardan başqa. Vəziyyət nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır. Yəni, onlar bir növ bədbəxt adamlardır, bütün ömrünü Azərbaycanın xoşbəxt gələcəyinə qarşı işə həsr ediblər. Əgər belə demək mümkünsə, öz mübarizə cəhdlərini Azərbaycanın maraqlarına zərbə vurmaq üçün təşkil edirlər. Bunlar antimilli qüvvələrdir. Bilirsiniz, iqtidar-müxalifət münasibətləri normal müstəvidə həllini tapmalıdır. Bu münasibətlər əslində lazımdır. Hər bir inkişaf etmiş ölkədə bu münasibətlər normal qaydada tənzimlənir. Baxmayaraq ki, ölkəmiz 20 ildir, müstəqil həyat yaşayır və böyük yol keçibdir, əfsuslar olsun ki, Azərbaycanda bu sahədə vəziyyət normal deyil. Ancaq yenə də deyirəm, bu işlərə, bu cəhdlərə nə biz, nə də ki, Azərbaycan cəmiyyəti əhəmiyyət verir. Biz öz yolumuzla gedirik və gedəcəyik. Heç kim bizə mane ola bilməz. Nə ölkə daxilindəki bu qüvvələr, bir qrup adam, nə də ki, ölkənin kənarında olan dairələr. Çünki bizim yolumuz inkişaf və ədalət yoludur. Biz istəyirik ki, ölkəmizdə və bölgədə sülh olsun, inkişaf olsun, insanlar yaxşı yaşasınlar və bizim bütün maraqlarımız təmin edilsin, ilk növbədə, Qarabağ məsələsi tezliklə və ədalətli həllini tapsın. Yəni, bu, bizim təbii tələbimizdir. Çünki bütün beynəlxalq hüquq normaları bizim mövqeyimizi müdafiə edir və məsələ ancaq beynəlxalq hüquq əsasında həllini tapmalıdır. Bizim mövqeyimiz qətidir və mən bu barədə bu yaxınlarda bir daha fikirlərimi bildirmişəm. O ki qaldı ölkəmizin sosial-iqtisadi inkişafına, yenə də demək istəyirəm ki, bütün istiqamətlər üzrə konkret proqramlar və o proqramların nəticələri var”.






16 Aprel, 2011  15:18 Baxılıb: 1484 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16