Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SİYASƏT

ƏLİ ƏHMƏDOVDAN MÜXALİFƏTƏ MÜHARİBƏ HƏDƏSİ

«...Qazanan ermənilər olacaq»  

Yeni Azərbaycan Partiyasının icra katibi, deputat Əli Əhmədov partiyanın rəsmi saytına müsahibəsində müxalifətin ünvanına sərt ifadələr səsləndirib.  

Ə.Əhmədov bildirib ki, radikalların icazəsiz mitinq cəhdləri etiraz aksiyasından daha çox, sabitliyi pozmaq məqsədi güdür: «Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik indiki durumda ümummilli maraqlara xidmət etdiyi halda, görünür, öz siyasi ambisiyalarını daha üstün tutan müxalifətin radikal qanadının istəklərinə cavab vermir. Əslində sabitlik müxalifətin özünə də faydalıdır. Lakin siyasi fəaliyyəti yalnız mitinqçilikdə görən müxalifət sabitlikdə maraqlı deyil və istər-istəməz ictimai-siyasi proseslərdə gərginlik elementlərinin artırılmasına meyl göstərir. Son illər ərzində müxalifətin bu yöndə cəhdləri nəticəsiz qalıb, səbəbi isə Azərbaycan cəmiyyətinin sabitliyə və dincliyə üstünlük verməsindədir. İnsanlar sabitliyin faydasını görüblər və bu gün də görməkdədirlər".


YAP icra katibi qeyd edib ki, müxalifətin mitinq keçirməklə bağlı fəallaşması heç bir halda daxili amillərlə bağlı deyil: «Onların mitinq çağırışlarına cəmiyyətin mütləq əksəriyyətinin soyuq münasibəti və biganəliyi buna əyani sübutdur. Bir sıra ərəb ölkələrindəki məlum hadisələr radikal müxalifəti sanki kənar amillərdən faydalanmağa həvəsləndirib. Onlar özləri də yaxşı bilir ki, Azərbaycanda bəzi ölkələrdə izlədikləri hadisələrin baş verməsi üçün zəmin yoxdur, ona görə də özlərini ərəb inqilabları ilə bir sıraya qoyub, nə qədər ki, bu inqilablar dəbdən düşməyib, beynəlxalq icmanın diqqət mərkəzindədir, necə deyərlər, dəbə uyğunlaşıb, ölkədə sabitliyi pozmağa çalışırlar. Bir sıra kənar qüvvələr də, həmişə olduğu kimi, radikal müxalifətdən istifadə edir».


Ə.Əhmədov hesab edir ki, sabitliyin pozulmasında heç bir ölkə maraqlı deyil: «Azərbaycanda isə sabitliyi pozmaq cəhdi əslində milli təhlükəsizliyə ciddi zərbə vurmaq effekti verə bilər, çünki ölkəmiz Ermənistanla real müharibə vəziyyətindədir. Qarşımızda işğal altında olan torpaqlarımızın qaytarılması kimi ümummilli vəzifə durur. Belə olan halda ictimai-siyasi sabitliyin pozulmasından yalnız ermənilər qazanacaqlar. Heç bir, zahirən cəlbedici şüar indiki halda sabitliyin pozulmasına yönəldilmiş hərəkətlərə haqq qazandıra bilməz. Xalqın, dövlətin və cəmiyyətin bütün səyləri, resursları və hətta çağırışları tezliklə Azərbaycan torpaqlarının azad edilməsi kimi müqəddəs vəzifənin yerinə yetirilməsinə yönəldilməlidir».







15 Aprel, 2011  15:18 Baxılıb: 1466 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16