Konfrans Azərbaycan və ABŞ arasında imzalanmış Hərbi əməkdaşlıq üzrə İş Planı çərçivəsində reallaşacaq
Bakıda Azərbaycan-ABŞ ikitərəfli planlaşdırma üzrə əməkdaşlıq konfransı keçiriləcək. Bu barədə Simsar.az -a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Aprelin 27-də başlayacaq və iki gün davam edəcək konfransda ölkələr arasında növbəti il üçün planlaşdırılan hərbi əməkdaşlıq mövzuları müzakirə olunacaq.
Konfrans Azərbaycan və ABŞ arasında imzalanmış Hərbi əməkdaşlıq üzrə İş Planı çərçivəsində reallaşacaq.
APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, illik əməkdaşlıq proqramının müzakirəsinə həsr ediləcək konfransda Azərbaycan və ABŞ-dan müxtəlif hərbi qurumların nümayəndələri və ekspertləri iştirak edəcək. ABŞ nümayəndə heyətini, əsasən Avropa Komandanlığının (EUCOM) zabitləri təmsil edəcək.
Konfransda Azərbaycan və EUCOM arasında növbəti il üçün hərbi əməkdaşlıq üzrə İş Planının mətni razılaşdırılacaq.