Əli kərimlinin keçmiş müavini:"Haqqımda nə istəyirlər yazsınlar"
AXCP sədrinin müavini İbrahim Vəliyevin partiya sıralarından istefa verməsinin səbəbləri ilə bağlı mətbuatda müxtəlif informasiyalar yayılıb.
Bu məlumatlara görə, AXCP-dən getməsi müqabilində İ.Vəliyevə dərs dediyi Bakı Dövlət Universitetinin hüquq fakültəsində vəzifə veriləcək.
Başqa xəbərdə isə deyilir ki, partiya sıralarını tərk etməyi ondan BDU-nun rəhbərliyi “ya müxalifət, ya universitetdə müəllimlik” şəklində tələb edib.
Barəsindəki informasiyalara aydınlıq gətirmək üçün İ.Vəliyevə telefon açan Simsar.az saytının əməkdaşına isə keçmiş AXCP yetkilisi bunları deyib: “Haqqımda nə istəyirlər yazsınlar. Hər kəsin fikrinə hörmətlə yanaşıram. Zamanı gələndə həqiqət məlum olacaq. Mənim vəzifəyə boyun əydiyimi söyləyənlərə isə xatırladıram ki, Heydər Əliyevin prezident olduğu dövrdə Gömrük Komitəsinə sədr olmaq təklifi almışdım, amma qəbul etmədim”.
Ruslan