“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı hazırlanacaq
Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında sərəncam imzalayıb.
Simsar.az Prezidentin mətbuat xidmətinə istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı layihəsinin hazırlanması üçün müvafiq dövlət orqanlarının nümayəndələrindən ibarət işçi qrupunun yaradılmasını 10 gün müddətində təmin etməlidir. Bu Sərəncamın 1-ci hissəsində qeyd olunan işçi qrupu “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı layihəsinin iki ay müddətində hazırlanıb Azərbaycan Respublikasının Prezidentinə təqdim olunmasını təmin etməlidir.