Müxalifətin 2 aprel mitinqindən sonra həvəskar çəkiliş aparan şəxslər şəhərdə əhalinin sosial durumu ilə bağlı sorğu keçirib. Dolanışığından sikayət edən qadının narazı çıxışı ətrafdakıların diqqətini cəlb edib. Bu zaman özünü Səltənət Rzayeva kimi təqdim edən qadın ölkədəki vəziyyətdən razı qaldığını, yaxşı dolandığını bildirib.
O, deyib: “Sərdar Cəlaloğlu Naxcıvandan gəlib 40 yerdə evi var, mənim niyə evim olmasın? 4-5 yerdə evim var, lap yaxşı yaşayıram, hökumətimdən də razıyam”.
Bir necə şəxsin toplaşdığını görən polis sakitlik yaratmaq üçün çəkiliş yerinə gəlib. Təəccüblü hadisə də bu zaman yaşanıb. Polis funksiyasının əksinə olaraq narazılıq edənin deyil, hökuməti tərifləyən xanımın qolundan yapışıb polis maşınına otuzdurub.
Sosial şəbəkədə yayımlanan bu görüntü qısa zamanda populyarlaşıb.