Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SİYASƏT

“MƏNİM SİYASƏTİM MƏNİM SƏNƏTİMDİ”

İlhamə Quliyeva onu qınayanlara cavab verdi

Xalq artisti İlhamə Quliyevanın «Azərbaycan» qəzetində dərc olunan «Xam xəyallara düşməyin» başlıqlı yazısı müxalifət düşərgəsində narazılıqla qarşılanıb. 

İ.Quliyeva yazısında gənclərə Azərbaycan prezidenti İlham Əliyevin ətrafında birləşməyi, müxalifətin mitinqlərinə qoşulmamağı çağırış edib.

İ.Quliyevanın məqaləsi müxalifət funksionerlərini qıcıqlandırıb.
Müsavat Partiyası Divan üzvü, professor Almaz Əliqızı Simsar.az-a açıqlamasında bildirib ki, İlhamə Quliyevanın siyasi savadı yoxdur: «O, mahnısını oxusun. İlhamə Quliyevə nə bilir siyasət nədir».

Şərq-Qərb Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu “Facebook” sosial şəbəkədə xınım müğənnini aşağılayan fikirlər səsləndirib. Həmin fikirlər tirajlamağı etik cəhətdən düzgün saymırıq.

Müxalifət nədən 45 ildən çoxdur Azərbaycan mədəniyyətini dünyada tanıdan, 1993-cü ildən Yeni Azərbaycan Partiyasının fəal üzvü olan İlhamə Quliyevanın fikirlərinə bu qədər dözümsüz yanaşıb?

Bu sualla xalq artistinin özünə müraciət etdik.

İlhamə Quliyeva bunları dedi: «Mən onlardan başqa cür reaksiya da gözləmirdim. Milli məsələlərdən, dövlətçilikdən danışmaq üçün heç də siyasətçi olmaq lazım deyil. Neçə illərdir mən siyasi proseslərin içindəyəm. Həyat təcrübəm, biliyim, mövqeyim ağı-qaradan seçməyə imkan verir. Sənətimin özü böyük siyasətdir. Yeni Azərbaycan Partiyasının fəal üzvü kimi mənim borcumdur ki, mövqeyimi bildirim. Bir daha gənclərə çağırış edirəm. Özünüzü yığışdırın! Atılıb-düşməyin! Cənab prezident İlham Əliyevin ətrafında birləşin!»

RAMİL








31 Mart, 2011  18:32 Baxılıb: 1559 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16