Xalq artisti qızı İlqarənin yer aldığı nəlayiq görüntülü videodan şoka düşüb
Ana gecəyarısında agentliyə gəlib
Xalq artisti Aygün Kazımovanın qızı, Eurovison-2011 müsabiqəsinin iştirakçısı İlqarə İbrahimovanın şok effekti yaradan videosu yayımlanıb.
“Facebook” sosial şəbəkəsindən götürülərək yerli saytlara yerləşdirilən açıq-saçıq görüntülər ana kimi A.Kazımovanın hiddətinə səbəb olub.
Keçirdiyi sarsıntılar o həddə çatıb ki, xalq artisti gecə saatlarında Trend informasiya agentliyinə gəlib və növbətçi redaktordan xahiş edib ki, onun açıqlamasını yaysınlar.
Görüntülər 4 il öncə lentə alınıb
A.Kazımovanın agentliyə dediklərindən: "Mənim qızım, İlqarə İbrahimova İlqar qızı Heydər Əliyev adına müasir tədris kompleksin məzunudur. Məlumdur ki, keyfiyyətinə görə Azərbaycanda bundan yaxşı tədris müəssisəsi yoxdur. Həmin kompleks öz tələbələrini tətil zamanı əlavə tədris kursları ilə təmin edir. İnternetdə murdar şəkildə yayımlamış video əslində heçnə ilə əsaslanmır. Mən azərbaycanlı anayam və hamı bilir necə çətinliklərlə tək övladımı böyütmüşəm. Qoy hamı bilsin ki, kiminsə sifarişi ilə mənim adımı ləkələmək və qızımın təzə-təzə başlayan karyerasına son qoymaq məqsədi ilə yayımlanan video, əslində İlqarənin dörd il bundan əvvəl Londonda tətil müddəti Oksford universitetinin nəzdində olan məktəbdə tədris aldığı zaman çəkilib”.
İlqarə oğlan yoldaşlarını səhər yeməyinnə çağıran zaman...
Qızı ilə bağlı yaşanan hadisənin təfərrüatlarına aydınlıq gətirən xalq artisti İlqarənin iki oğlanla bir otaqda olmasını və oğlanların ona qarşı nəlayiq hərəkətlər etməsini belə əsaslandırıb: “İlqarə tələbə yoldaşlarını səhər yeməyinə çağırmaq üçün otağa gəlib... qalanları siz özünüz görmüsüz. 16 yaşlı İlqarə, hər hansı yetkinlik yaşına çatmamış bir qız kimi, özunə dost-qardaş bildiyi tələbə yoldaşlarının hərəkətlərini zarafat sanıb. Lakin bu planlaşdırılmış bir proyekt idi”.
A.Kazımova videorolikin həmin dövrdə deyi, məhz indi, qızının karyerasına təzə-təzə başladığı zaman ortaya çıxmasını onunla əsaslandırıb ki, hadisə təxribat məqsədi daşıyır.
Tərbiyəsizlik edənlərin kimlikləri məlumdur
İlqarənin anası nəlayiq görüntülü çəkilişi təşkil edən şəxslərin də adını çəkib. Çəkilişi Orxan Daşqın Hacı-Daşqın oğlu (Türkanli) həyata keçirib. Görüntülərdə üzünü gizlətməyib striptiz hərəkətləri edən Novruzzadə Nicat Şahin oğlu və üzünü gizlədərək əl hərəkətləri ilə kameraya tuş gələn Əyyubdur.
Tərbiyəsizlik edənlər üzr istəmirlər
A.Kazımova videorolikin yayımlanmasından sonra adıçəkilən şəxslərin özləri və valideynləri ilə görüşdüyünü də deyib: “Mən onların valideynləri, aqsaqqalları və süjetın qəhrəmanları ilə qörüşmüşəm. Onlardan bir ana kimi, məsələnin sülh yolu ilə həl olunmasını, həm qızımdan, həm də Azərbaycanın bütün qız və analarından üzr istəmələrini tələb etmişəm. Lakin, onlar bunu özlərinə sığışdıra bilməyəcəklərini söyləyiblər. Qızımın yerində istənilən günahsız qız və hətta onların bacısı, ya da anası ola bilərdi. Heç kəs belə biqeyrətlərdən sığortalanmayıb.
Simsar.az-a daxil olan məlumata görə, xanım müğənni bununla kifayətlənməyərək məhkəməyə də müraciət edib. Və ərizəsində bu işi təşkil edən şəxslərə qarşı 150 min manat məbləğində təzminat davası açıb. O, özünə dəyən mənəvi zərərin ödənməsi üçün əlindən gələni edəcəyini bildirib.
Anar İsaoğlu
Redaksiyadan: Barəsində danışılan videogörüntünü yayımlamırıq. Belə süjetlərin geniş oxucu kütləsinə təqdim olunması Simsar.az saytının prinsiplərinə ziddir.