Müğənnilər telekanalı müdafiə etdi, mətbuat xidmətinin rəhbəri isə “dezinformasiya”lara cavab vermirik dedi
Müxalifət qəzetlərindən Azərbaycan və Radio Verlişləri Qapalı Səhmdar Cəmiyyəti (AzTV) barəsində qəzetlərdə tez- tez ittiham dolu yazılar dərc olunur. Belə yazılardan biri “Azadlıq” qəzetlərinin dünənki sayında əksini tapıb. “AzTV qazanı qaynayır” başlıqlı yazıda heç bir mənbə göstərilmədən rəqəmlər sadalanır.
Yazının müəllifi bayram tədbirlərində televiziyanın efirində görsənmək istəyənlərdən müəyyən məbləğdə pul alındığını iddia edir.
Simsar.az-ın əməkdaşı AzTV-nin efirində tez-tez görünən müğənnilərlə və televiziyanın mətbuat xidmətinin rəhbəri ilə saxlayaraq barələrindəki itttihamlara cavab öyrənib.
Müğənni Arzum : “AzTV-nin verilişlərində çıxış etdiyim üçün heç vaxt pul almamışam ”.
Meyxanaçı Vüqar : “Bu nə cəfəngiyyatdı?.. Məndən heç vaxt pul istəməyiblər. AzTV-dən başqa hansısa kanalın ünvanına bunu desəydilər, inanardım”.
Müğənni Mənzurə Musayeva: “Heç vaxt məndən pul istəməyiblər”.
AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova qəzetlərdə yazılan bu tipli xəbərlərə reaksiya verməmələrini belə izah edir: “Biz dezinformasiyalara şərh vermirik”.
Aynurə Həsənova