İyirmiliyə düşən müəlliflərin əksəriyyətini tanımadılar
Milli Kitab Mükafatının təşkilat komitəsi 20 ən yaxşı əsərlərin və müəlliflərin adlarını açıqlayıb.
Milli Kitab Mükafatının İyirmiliyi:
Azər Abdulla. Sarı Tağ
Azər İsaak. Marsa qayıdış
Aslan Quliyev. Sonuncu
Azad Qaradərəli. Qar ağlığı
Cavid Zeynallı. Günəşi gözləyənlər
Etimad Başkeçid. Kenterberri
Elşad Əliyev. Məhşər Ayağında
Kəramət Böyükçöl. Çöl
Mirmehdi Ağaoğlu. Küləyi dişləyən
Məqsəd Nur. Şəhər meri
Natiq Rəsulzadə. Xonxarı
Natella Osmanlı. Mən axmağam
Nərgiz Bağırzadə. Birisigün
Nəriman Əbdulrəhmanlı. Yolsuz
Paşa Qəlbinur. Qara su
Pərviz. Yad dildə
Samir Sarı. İks günü
Sahilə İbrahimova. Varlı kişinin portmanatı
Svetlana Quliyeva. Dalğa
Zərdüşt Şəfizadə
Simsar.az “İyirimiliyə düşən əsərlərdən hansını oxumusunuz və müəlliflərini tanıyırsızmı” sualı ilə yazarlar arasında sorğu keçirib.
Əsəd Qaraqaplan: “Siyahıya təəccüb elədim”
- Demək olar çoxunu oxumuşam, amma bu siyahıya təəccüb elədim. Etimadı yüksək dəyərləndirərdim, Kəramət Çöl pis deyil, Mirmehdi də gənc yazar kimi maraqlıdı. Siyahıda olan bəzi imzaları nəinki oxumuşam, heç tanımıram da. Bu ekspertlerin zövqü nə pis imiş... Azər İssaq, Azər Qaradərəli, Elşad Əliyev, Natella Osmanlı, Nərgiz Bağırzadə - bunları heç tanımıram.
Elbrus Ərud: “İstedadlı yazıçılar bu musabiqədən kənarda qalıb”
- Bəzilərini tanıyıram və oxumuşam, içində istedadlıları var. Ancaq Azərbaycanda əsas istedadlı yazıçılar bu musabiqədən kənarda qalıb.
Ceyhun Nağı: “Heç birini oxumamışam”
- Heç birini oxumamışam. Nərimanı, Samiri Sarını, Paşanı, Kəraməti, Etimadı tanıyıram.
Vaqif Səmədoğlu: “Məni işə salma”
- Bilirsən neçə dahi Nobel mükafatı almayıb? Olan şeydir. Münsiflər heyyətinin üzvüyəm. Bu haqda bir söz deməyə ixtiyarım yoxdur, mükafatlar veriləndən sonra danışarıq. Məni işə salma.
Yegana Cansail: “Zərdüşt və Cavid Zeynallını oxumuşam”
- Zərdüşt və Cavid Zeynallını oxumuşam. Bu iki gənc müəllifin yazı dili fərqlilik təşkil edir. Düşünürəm ki, yaşca və təcrübəcə özlərindən böyük olan yazarlarla birgə siyahıya düşmək artıq uğurdur.
Rəbiqə Zeynalova : “Əksəriyyətini tanıyıram”
- Əksəriyyətini tanıyıram, siyahıdan ümumilikdə razıyam. Sevinirəm ki, gənc yazar dostlarım Zərdüş Şəfizadə və Cavid Zeynallı 20-yə düşüb.
Şərif Ağayar: “Oxuduqlarım da var, oxumadıqlarım da”
- Oxuduqlarım da var, oxumadıqlarım da! Məncə bütün müsabiqələrdə şərtilik olur. O cümlədən bütün siyahılarda. Azərbaycan reallıqlarına uyğun normal siyhaıdır. Burdakı insanların mütləq əksəriyyəti istedadlı və yazmağı bacaran qələm sahibləridir.
Elmin Həsənli: “Onların əsərlərindən heç birini oxumamışam”
- Bu yazarlardan əksəriyyətini tanıyıram. Nərgiz Bağırzadə, Svetlana Quliyeva, Azər İsak bu imzaları ilk dəfədir görürəm. Onların əsərlərindən heç birini oxumamışam. Ancaq planımda var ki, Samir Sarını və Pərviz Cəbrayılı oxuyum. Mirmehdi isə "Küləyi dişləyən"i kitab şəklində buraxsa, məmnuniyyətlə onu da oxuyacam.
Aynurə Həsənova