Hot-doq yemək yarışmasının qalibi 50 kq çəkisi olan amerikalı oldu
Mişel Lesko adlı qadının çəkisi cəmi 50 kq-dır. Lakin buna baxmayaraq Çikaqoda keçirilən hot-doq yemək yarışmasında qalib olub. Simsar.az xarici KİV-ə istinadən xəbər verir ki, qadın 10 dəqiqə ərzində 28 hot-doq yeyib.
Onun əsas rəqibi Erik Buqer Leskoya bir hot-doq fərqi ilə uduzub. Onu da qeyd edək ki, Buqerin çəkisi Leskodan 4 dəfə artıqdır. Ümumilikdə yarışda 8 nəfər iştirak edib.
Qeyd edək ki, bu yarışmanın yarım finalı idi. Final ABŞ-ın müstəqillik gününün ildönümü, yəni iyulun 4-də keçiriləcək.
Yarışmanın qalibi 10 min dollar və illik hot-doq ehtiyatı qazanacaq.
Mələk Abbaszadə
DİGƏR XƏBƏRLƏR