Pərvaz İbrahimli "Ünvanımı bilən yox" dedi... - VİDEO
Adı “Gənc istedadların qızıl kitabı”na salınmış, muğam müsabiqəsinin iştirakçısı Pərvaz İbrahimli "Ünvanımı bilən yox" adlı mahnıya klip çəkdirib. Qeyd edək ki, mahnının musiqisi və sözlər Xanım İsmayılqızına, aranjiman isə Givi Usenaşviliyə məxsusdur. İnstrumental alətlərdə İntizar Məmmədov və Rauf İslamov müşaiyət ediblər. Mahnının ekran işini rejissor Ravin Əliyev çəkib.