Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SİYASƏT

RƏBİYYƏT ASLANOVA GÜLƏR ƏHMƏDOVANI NİYƏ HƏDƏF SEÇİB?

“Əli İnsanovu korrupsiyada ittiham edəndə bəzi millət vəkilləri üstümə düşdülər ki, Əli İnsanov təmiz adamdır, ətəyində namaz qılmaq olar”

«Görünür, Rəbiyyət Aslanova mənim yazımı axıra qədər oxumayıb. Ya da yazdıqlarımı düzgün başa düşməyiblər. Bir halda ki, prezident İlham Əliyev, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ölkədə inhisarçılığın, korrupsiyanın olduğunu bildirir, millət vəkili niyə susmalıdır?».

Bunu deputat Gülər Əhmədova Simsar.az-a açıqlamasında həmkarı Rəbiyyət Aslanovanın fikirlərinə cavab olaraq bildirib.

G.Əhmədovanın “Bizə inqilab lazımdır” başlıqlı yazısında işlətdiyi “həyasız, abırsız, büdcəni çapıb-talayan korrupsionerlər...” ifadələri R.Aslanovanı deputat həmkarının ünvanına bu sözləri deməyə vadar edib: “Onun iqtidarda olan insanlara bu cür münasibət bildirməsi qətiyyən düzgün deyil. Hesab edirəm ki, Gülər xanım bu yazısında emosionallığa çox yol verib. Qeyri-obyektivlik də var".

G.Əhmədova isə Simsar.az-a açıqlamasında əlavə edib ki, Azərbaycanda korrupsiyanın olduğunu prezident də təsdiqləyib: «Prezident bir çox millət vəkillərindən daha açıq, daha cəsarətli danışır. Tərifləməklə inkişaf etmək düzgün deyil, bununla insanlarda yalnız qıcıq yaradırıq. 2003-cü ildə mən səhiyyə naziri Əli İnsanovu korrupsiyada ittiham edəndə bəzi millət vəkilləri üstümə düşdülər. Dedilər ki, Əli İnsanov təmiz adamdır, ətəyində namaz qılmaq olar. Nəticə nə oldu? Axırda naziri həbs etdilər. İndi də belələri var”.

RUSLAN






15 Mart, 2011  21:07 Baxılıb: 2612 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16