“Çudo-Peçka” qiymətlər bir neçə dəfə bahalaşıb
Novruz bayramı ilə əlaqədar şirniyyat növlərinin qiymətlərində kəskin bahalaşma müşahidə edilir. Simsar.az-ın oxucularından biri redaksiyaya zəng edərək bahalıqdan şikayətlənib.
Oxucu bildirib ki, “Çudo-Peçka”da şəkərburanın ədədinin qiyməti 1 manat olub: “Öncə şəkərburanın qiymətini soruşdum. Görəndə ki, 1 manatdır, heç nə almadan oranı tərk etdim”.
Sabah – ilaxır çərşənbə günü saytın əməkdaşı “Çudo-Peçka” mağazalar şəbəkəsindən reportaj hazırlayacaq. Redaksiyamıza daxil olan məlumatlara görə, bu adda ticarət obyektlərində bütün şirniyyat növlərinin qiymətləri bir neçə dəfə qalxıb.
RAMİL