Yeni Azərbaycan Partiyasının rəhbərliyi Fəvvarələr Bağında nə baş verdiyini izləyib
Müsavat partiyasının mitinq keçirdiyi Fəvvarələr Bağına Yeni Azərbaycan Partiyasının rəhbərliyi də gəlib.
Simsar.az məlumatına görə, hazırda YAP-ıü millət vəkilləri Siyavuş Novruzov, Mübariz Qurbanlı və partiyanın rəhbərliyində təmsil olunan keçmiş millət vəkili Kərim Kərimov da Fəvvarələr Bağındadır. Onlar bağdakı “Pizza İnn” restoranının həyətində əyləşərək aksiyanı müşahidə edirlər. YAP-çılar hələlik aksiya ilə bağlı jurnalistlərə hər hansı bir açıqlama verməyiblər.