Bür cümləlik təbriklər Simsar.az-da
Tanınmış müxtəlif peşə sahiblərindən qadınların bayramında xanımlarına ünvanlayacaqları ilk cümlənin hansı olacağını öyrəndik. Orijinal cavablar aldıq.
“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli: “Daha bir il mənə dözdüyünə görə çox sag ol”.
Keçmiş millət vəkili Nazim Məmmədov: "Xanımıma, qızıma və anama verəcəyim gül dəstəsi mənim əvəzimdən danışacaq”.
“Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli: “Bir dəstə gül qızıma, bir dəstə gül hayat yoldaşıma alacam və bu da deyəcəyim cümlə olacaq”.
AzTv-nin aparıcısı Rəşad Mehdili: “Mən qadınların sadəcə bir gündə xatırlanmasının tərəfdarı deyiləm və 8 mart günündə heç bir qadını təbrik etməyəcəm”.
“Futbolpress.az” agentliyinin baş redaktoru Elçin Cəlilov: “İk söz, yemək hazırdı? Təbrik cavabdan asılı olacaq”.
Yazar Aydın Xan Əbilli: “Qoy bu günün enerjisi sizi bütün il boyu əhatələsin”.
“Unikal” qəzetinin baş redaktoru Eldəniz Elgün: “8 martdan zəhləm gedir və bu günə ciddi önəm vermirəm. Bu səbəbdən də 8 mart günü mənim üçün adi gün olur və heç kimi təbrik etmirəm.
Yazar Həmid Herişçi: “Klara Tsetkini İlhamiyyə xanımın yadına salacam və deyəcəm səni, dünya solçularının 8 mart bayramı münasibətiylə təbrik edirəm”.
“Premyerliqa.az” saytının redaktoru Vüqar Baba: “Qadınım, qadın günün mübarək”.
“WebStudio.az” saytının direktoru Cahid İsmayıloğlu: “Mən çalışıram ki, hayat yoldaşım məndən xüsusi bir təbrik gözləməsin çünki hər gün onun üçün xüsusi olum. İlk deyəcəyim sözün “sabahın xeyir” olsun”.
Ekstremal Jurnalistika İnstitutunun sədri İdrak Abbasov: “İndi bilmirəm, deyəcəyim söz bədahətən olacaq”.