Xoş gününüz bol olsun əziz xanımlarımız!
Bu gün, Beynəlxalq Qadınlar bayramından bir gün qabaq, martın 7-də Simsar.az-ın kişi əməkdaşları xanım həmkarlarını təbrik etdi.
Tort süfrəsi arxasında bir araya gələn dostlar “çayı kim dəmləsin və gətirsin” sualına anındaca cavab tapdılar: əlbəttə ki, kişilər.
Tortu biz böldük, çayı biz gətirdik, xanımlar nuş etdilər.
Arzumuz budur ki, bayram həmişə olsun, amma süfrə söhbətində xanımlar bir addım önə çıxsınlar. Necə ki, həmişə bir addım öndə olublar.
Biz yorulduq axı...
Lap yadımızdan çıxmışdı, hələ ləvəngi də yeyəcəyik.
Deməli, kişilər, hələ yorulmamışıq
Xoş gününüz bol olsun, əziz xanımlarımız!