Qəzet idarəetmənin nəzarətdən qaçdığını yazır
Səhiyyə naziri Oqtay Şirəliyevin təhlükəylə üzləşdiyi barədə “Yeni Müsavat” qəzetində yazı dərc olunub. Mənbənin dedikləri qəzetin baş yazısıdı. Adı: “Oktay Şirəliyev ölümdən döndü”.
Geniş təfərrüatla yazılan hadisələrlə dolu məqaləni konkret, xəbər formasında diqqətinizə çatdırırıq.
Hadisə Bilgəh çimərliyində yaşanıb. ”BMW X6" markalı avtomobili idarə edən nazir, böyük sürətlə getdiyi üçün nəzarəti itirərək dənizin dayaz olmayan yerində quma dirənərək dayanıb. Su maşının banına qədər çıxıb. Maşından düşməyin mümkünsüzlüyü ciddi problem yaradıb.
Simsar.az