Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SOSİAL

7 ƏSGƏRİN ÖLDÜRÜLDÜYÜ KORPUSUN KOMANDİRİ HƏBS OLUNA BİLƏR

Üzeyir Cəfərov: «Ədalətli araşdırmalar aparılsa, biz Çingiz Şəfiyevin həbsinin şahidi olarıq»

Ötən ayın 20-də Şəmkir Korpusunun hərbi hissəsində 7 əsgərin ölümü ilə nəticələnən olaydan sonra Ali Baş Komandan İlham Əliyev korpus komandiri Çingiz Şəfiyevi vəzifəsindən azad edib, rütbəsini bir pillə aşağı saldı. Qanlı faciənin səbəbləri barədə bu günə qədər ictimaiyyətə məlumat verilməyib. 

Ölən əsgərlərin ailələri isə günahkarların cəzalandarılmasını israrla tələb edir. Onlar Çingiz Şəfiyevin cinayət məsuliyyətinə cəlb olunmasını istəyir.

Bu tələbin hüquqi çəkisi nə qədərdir?

Hərbi ekspert Üzeyir Cəfərov komandiri olduğu korpusda qanlı hadisə baş vermiş Ç.Şəfiyevin cinayət məsuliyyətinə cəlb olunmasını vacib sayır: «Korrupsiyaya qarşı mübarizənin gücləndirildiyi bir vaxtda, vəzifəli şəxslərin məsuliyyətdən kənarda qalması təəccüblü görünür. Çingiz Şəfiyevin rəhbərlik etdiyi korpusda 7 əsgər həlak olub. Bundan öncə Seyfəli poliqonunda və Daşkəsəndə də qətl hadisələri olmuşdu. Bir əsgər digərini vuranda ona ən ağır cəzanı verirlər, onlarla əsgərin ölümünə şərait yaradan korpus komandiri isə yüngül cəza ilə canını qurtarır».


Ekspert bildirir ki, Ç.Şəfiyevin fəaliyyəti ciddi araşdırılmalıdır: «Təkcə qətl işlərindən dolayı deyil, Şəfiyevin komandir olduğu dövrdə fəaliyyəti də araşdırılmalıdır. Ədalətli araşdırmalar aparılsa, biz Şəfiyevin həbsinin şahidi olarıq».

RAMİL






2 Mart, 2011  21:34 Baxılıb: 2502 Çap

Bu bölmədə

27 Noyabr, 2024
Sabah leysan yağacaq
18 Noyabr, 2024
Sabah qar yağacaq

XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16