Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

MƏRKƏZİ BANK ABDULLA ABDULLAYEVDƏN NƏ İSTƏDİYİNİ AÇIQLADI

«Birlikbank» öhdəlikləri yerinə yetirməyib, maliyyə vəziyyətini düzəltməyib ...

A.M.A.Y şirkətinin prezidenti Abdulla Abdullayevin Baş Prokurorluq və Mərkəzi Banka qarşı ittihamları qarşı tərəfləri hərəkətə gətirib. A.Abdullayev mətbuata açıqlamasında “Baş prokuror və Mərkəzi Bankın rəhbərindən soruşun ki, məndən nə istəyirlər?” deyə sual edib. Şirkət pirezidenti qeyd edib ki, onun varidatında gözü olanlar var. Rəhbərlik etdiyi «Birlikbank»ın fəaliyyətinin dayandırılması və işçilərinin həbsinin qanunsuz olduğunu deyən A.Abdullayev Baş Prokurorluq və Mərkəzi Bankı ittiham edib. 

Prokurorluğun mətbuat xidməti A.M.A.Y prezidentinin ittihamına cavab olaraq yaydığı açıqlamada A.Abdullayevi məhkəməyə təzyiq etməkdə günahlandırmışdı.

«Hazırda cinayət işi məhkəmə baxışında olduğundan Abdulla Abdullayevin mətbuat səhifələrindəki çıxışlarını məhkəmənin diqqətini əsl həqiqətdən yayındırmağa, prosesin gedişinə təsir göstərməyə cəhd kimi qiymətləndiririk" deyə, prokurorluğun cavabında bildirilib.


Mərkəzi Bank da «Birlikbank»la bağlı məsələyə aydınlıq gətirib.
Cavabda bildirilir ki, “Birlikbank” ASC cari fəaliyyətini prudensial və etibarlı qaydada həyata keçirməyib və bu, bankın maliyyə vəziyyətinin pisləşməsinə səbəb olub. Bankda yaranmış vəziyyət, eləcə də qanunvericiliyin və müxtəlif normativ aktlarının tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Mərkəzi Bankının banka rəsmi xəbərdarlıqlar etməsinə baxmayaraq, maliyyə vəziyyətinin yaxşılaşdırılması və institusional inkişafın təmin olunması istiqamətində göstərişlərə əməl edilməyib və nəticədə bank ödəniş qabiliyyətini itirib.

Açıqlamada o da qeyd olunur ki, bank sektoru və dövlət orqanları qarşısında vaxtı keçmiş öhdəliklərini yerinə yetirə bilməməsi, habelə aktivlərin keyfiyyətinin və onların idarəetmə səviyyəsinin məqbul səviyyədə olmaması, Mərkəzi Bankın qanunvericiliyə uyğun olaraq verdiyi yazılı göstərişlərə riayət etməməsi ilə əlaqədar Mərkəzi Bankın İdarə Heyətinin 24 yanvar 2011-ci il tarixli qərarı ilə “Banklar haqqında” qanun əsasında bankın lisenziyası ləğv edilib.

RAMİL






28 Fevral, 2011  19:49 Baxılıb: 1891 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16