Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SİYASƏT

İSA QƏMBƏR 7 ƏSGƏRİN ÖLDÜRÜLDÜYÜ ŞƏMKİR KORPUSUNDAKI VƏZİYYƏTDƏN RAZIDIR

Müsavat başqanının oğlu İlkin Qəmbər Şəmkirdə hərbi xidmətdədir 

«Təbii ki, ordudakı vəziyyət ümumən hər kəsə məlumdur. Amma oğlumun xidmət etdiyi hərbi hissədə, göz dəyməsin, qayda-qanun, nizam-intizam var». Bunu Müsavat başqanı İsa Qəmbər deyib. 

Müsavat başqanının oğlu İlkin Qəmbər təhsilini başa vurduqdan sonra bu ilin yanvar ayında hərbi xidmətə gedib. Yəni, hazırda karantin keçir və hərbi nizamnaməyə uyğun olaraq martın sonlarına yaxın peşəkar hərbi hissədə xidmətə başlayacaq.

Müxalifət lideri İ.Qəmbərin oğlunun hansı hərbi hissədə qulluq etdiyi çoxları üçün maraqlıdır. Məlumdur ki, Azərbaycanda bir çox vəzifəli şəxslərin övladları ya hərbi xidmətdə olmayıb, ya da «VİP» hərbi hissələrdə «qulluq» ediblər. İ.Qəmbər isə daim hərbidəki ikili yanaşmanı tənqid atəşinə tutub, hakimiyyətə gələcəyi təqdirdə bu
kimi nöqsanları aradan qaldıracağına söz verib.

Araşdırmalar zamanı məlum oldu ki, İlkin Qəmbər Şəmkir hərbi korpusunda xidmət edir.

Bu, həmin korpusdur ki, orada fevralın 20-də yaşanan faciə nəticəsində 7 əsgər qətlə yetirilib. Hadisədən dərhal sonra prezident İlham Əliyev Şəmkir Korpusunun komandiri general-mayor Çingiz Şəfiyevi vəzifəsindən azad edib və rütbəsini bir pilə endirib.

Qətlə yetirlən 7 əsgərdən biri - Əfqan Kərimovun qardaşı Sərvər Kərimovun açıqlaması həmin korpusdakı vəziyyətin necə acınacaqlı olduğunu bir daha təsdiqləyir: «İki aydan bir qardaşım Əfqanın yanında olurdum. Biz uşağımızı yuxarı posta - ermənilərlə üzbəüz posta qalxmağa qoymamışdıq, aşağıda saxlatmışdıq ki, erməni gülləsinə tuş gəlməsin. Halbuki erməni bizim öz içimizdən çıxdı».

Necə ola bilir ki, Şəmkir Korpusunda dəhşətli qətliam baş verir, prezident komandiri ciddi cəzalandırır, ictimaiyyət, o cümlədən deputatlar, müxalifətdə dayanan siyasi partiyalar hadisədən dolayı müdafiə naziri Səfər Əbiyevin istefasını tələb edir, amma ana müxalifət kimi təqdim olunan Müsavat Partiyasının başqanı İsa Qəmbər deyir: «Oğlumun xidmət etdiyi hərbi hissədə, göz dəyməsin, qayda-qanun, nizam-intizam var».

Bir sual: «Cənab İsa Qəmbər, hansı hərbi hissədə - oğlunuzun qulluq etdiyi Şəmkir Korpusunda?!»

RAMİL






26 Fevral, 2011  17:35 Baxılıb: 2305 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16