Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SİYASƏT

İSGƏNDƏR HƏMİDOVDAN HACI QALİBƏ CAVAB

Onu mən yox Çingiz Qənizadə həbs erdirib

Azərbaycanın keçmiş daxili işlər naziri İsgəndər Həmidov millət vəkili Qalib Salahzadənin (Hacı Qalib) onun haqqında söylədiyi sərt fikirlərlə bağlı Modern.az saytına açıqlama verib. 

Eks-nazir bildirib ki, 1992-ci ildə Qalib Salahzadəni o zaman Bakı şəhər prokuroru vəzifəsində çalışan Çingiz Qənizadə həbs erdirib: “Hacı Qalibi mən yox, Çingiz Qənizadə tutdurub. Mən daxili işlər naziri olaraq kimisə tutdurmaq üçün sanksiya verə bilməzdim. Əgər xatırlayırsızsa, o zaman birbaşa sanksiyaları prokurorluq verirdi”

Q.Salahzadənin onun barəsində söylədiyi fikirlərin sifarişli olduğunu hesab edən İ.Həmidov da deputata qarşı sərt ittiham irəli sürüb: “Hacı Qalib unutmasın ki, hələ də üstündə ölüm işi var. İndiki kimi, yadımdadır, onlar öz kəndlərində çayxanada kimisə öldürmüşdülər. Daha sonra cinayətin üstünü ört-basdır etmək üçün işi başqasının üstünə atmışdılar. Bundan sonra hakimiyyət dəyişildi və hacı Qalib azadlığa buraxıldı”.

İ.Həmidov deyib ki, hacı Qalib Salahzadə kimlərinsə adamıdır: “Mən onun qudası haqda müxtəlif fikirlər söyləmişəm. İndi o da mətbuatda çıxıb mənim barəmdə ağlına gələn sözləri söyləyir. Hacı Qalib gedib qanuna baxsın, görsün ki, daxili işlər naziri o zaman adam tutdurmurdu. Onu şəhər Prokurorluğu həbs eləmişdi”.

Eks-nazir Çingiz Qənizadənin Q.Salahova dediyi sözlərin yalan olduğunu bildirib: “Çingiz Qənizadə heç vaxt deyə bilməz ki, bu həbsə bilavasitə mən göstəriş vermişəm. Çünki, DİN Prokurorluğa göstəriş verə bilməzdi. Hacı Qalib kimi insanların Azərbaycan parlementində yer alması bu qurumun nə vəziyyətdə olması deməkdir. Allah ona ağıl versin”.

İ.Həmidov ilk dəfə onu Məkkə ziyarəti zamanı gördüyünü bildirib: “O, mənin haqqımda söyləyib ki, guya mən ona gəlib əl uzatmışam, mənim salamımı almayıb. Əsilndə mən onu Məkkədə görmüşəm. Bu vaxta kimi, onu görməmişdim. Məkkədə hamı bir yerdə olanda mən gəlib hamıya salam verdim. O, almayıb özü bilər. Ora elə bir yedir ki, kiminsə qəlbinə dəymək olmaz”.

Daha sonra eks-nazir haqqında dövlət çevrilişi etməsi ilə bağlı məsələyə aydınlıq gətirib: “Mən yenə də deyirəm, hacı Qalib kimi insanlar kiminsə marağını təmsil edərək bu fikirləri söyləyirlər. Əslində, düşünmürlər ki, dövlət çevrilişi etmək üçün silahlı qüvvələr lazımdır, siyasi təşkilat lazımdır. Bunların heç birində mən yoxam, mən siyasətdən getmişəm. Bircə deyirəm ki, Allah ona ağıl-kamal versin”.






17 Fevral, 2011  22:09 Baxılıb: 1859 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16