Gələn ay Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin növbəti üçtərəfli görüşü keçiriləcək
Bu barədə jurnalistlərə ABŞ-ın Azərbaycandakı yeni səfiri Metyu Brayza məlumat verib. O bildirib ki, görüş martın 5-də Rusiya Federasiyasının Soçi şəhərində olacaq. Prezidentlər Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə edəcəklər.