Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SİYASƏT

HAKİM PARTİYA DİALOQDAN İMTİNA ETDİ

Rəbiyyət Aslanova : "Müsavat Partiyası etiraf etsə, onlarlarla dialoq mümkündür"

Arif Hacılı: “Biz Azərbaycan hakimiyyəti ilə müzakirələrə tam hazırıq”

Müsavat Partiyasın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Modern.az saytına son zamanlar hakimiyyətin Müsavatla danışıqlara getməsi ilə bağlı səslənən fikirləri şərh edərkən “biz Azərbaycanın inkişafını istəyən hər bir partiya ilə dialoqa hazırıq” deyib. O, qeyd edib ki, hakimiyyət tərəfindən Müsavat Partiyasına danışıqlarla bağlı heç bir təklif edilməyib: “Biz də öz növbəmizdə bildirmişik ki, Müsavat Partiyası Azərbaycanın ümummilli məsələləri, Dağlıq Qarabağ problemi, Azərbaycanda ciddi demokratik islahatların aparılması və digər bu kimi məsələlərlə bağlı bütün siyasi qüvvələrlə, o cümlədən, hakimiyyətlə də müzakirələr aparmağa hazırdır”.

A.Hacılı onu da bildirib ki, mövcud hakimiyyət ölkədəki siyasi vəziyyəti dəyişmədən müxalifət YAP-a dialoq təklif etməməlidir: “Azərbaycan hakimiyyəti müxalifətlə dialoqa hazır deyil. Həm də hakimiyyət müxalifətin dialoq təkliflərindən müxalifətə qarşı siyasi məqsədlərlə istifadə edir.

Düşünürəm ki, yaxın zamanlarda siyasi vəziyyət əsaslı surətdə dəyişiləcək. Hakimiyyətin bizimlə dialoq keçirməyə ehtiyacı olacaq”.

Məsələ ilə bağlı Yeni Azərbaycan Partiyasının funksioneri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova da açıqlama verib: “YAP Azərbaycanın xoşbəxt gələcəyini səmimi istəyən hər bir siyasi partiya ilə dialoqa getməyə hazırdır. Bizim fikrimiz, ideayamız yalnız Azərbaycanın xoş gələcəyi naminədir. Azərbaycanda quruculuq işləri ilə deyil, qırıcılıq işləri ilə məşğul olan partiyalarla heç vaxt diaoloqa getməyəcəyik”.

R.Aslanova onu da qeyd edib ki, Müsavat Partiyası keçmiş əməllərinə diqqət edib YAP-ın Azərbaycan üçün gördüyü işləri etiraf edərsə, onlarlarla Azərbaycanın ümummilli məsələləri ilə bağlı müzakirələr aparmağa hazırdırlar: “Düşünürəm ki, ilk növbədə dialoqun mahiyyətini dərk etmək lazımdır. Dialoqun əsas mahiyyəti Azərbaycan dövlətini irəliyə aparan bir addım olmalıdır”.






17 Fevral, 2011  18:03 Baxılıb: 1710 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16