Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SİYASƏT

Nizaməddin Rzayev prezidenti aldadıb

Mirvari Qəhrəmanlı “Azərsu”nun 3200 ailənin hüquqları pozduğunu deyir, Nazim Məmmədov isə güman edir ki...

Fevralın 14-də prezident İlham Əliyevin sərəncamıyla “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Nizaməddin İsmayıl oğlu Rzayev vəzifəsindən azad edilib.

Nizaməddin Rzayev bu vəzifəyə 2005-ci ildə təyin edilib. Ondan əvvəl “Azərsu” MMC-nin sədri Milli Məclisin indiki spikeri Oktay Əsədov olub.

N.Rzayevin adı bir neçə mübahisəli işlərdə hallanır. Bunlardan biri Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişində yol verilən yeyinti, digəri isə “Azərsu” MMC ilə «Bakıelektrikşəbəkə» SC arasında borc qalmaqalı ilə bağlıdır. «Azərsu» MMC-nin daxilində də son vaxtlar intriqaların güclənməsinə dair məlumatlar dolaşır.

“Nizaməddin Rzayevi vəzifədən azad etməklə iş bitmir”

Nefçilərin Hüquqlarını Müdafiə Komitəsi 2007-ci ildən «Azərsu» MMC-nin fəaliyyətinin monitorinqini aparır, hesabatlar hazırlayır. Komitənin rəhbəri Mirvari Qəhrəmanlı Simsar.az saytına açıqlamasında deyib ki, Oğuz-Qəbələ-Bakı su kəməri üçün borular hazırlayan «Azkomponent» şirkəti 2007-ci ilin sentyabr ayında tenderdə iştirak edib, amma dekabrda yaranıb. Kəmərin keçdiyi ərazidə yaşayan 3200 ailənin hüquqları kobud şəkildə pozulub: “Nizaməddin Rzayevi vəzifədən azad etməklə iş bitmir. Bu strukturda köklü islahatlar aparılmalıdır. Nizaməddin Rzayev prezident İlham Əliyevi aldadıb. Ötən ilin dekabrın 28-də Oğuz-Qəbələ-Bakı su kəmərinin açılışı ilə bağlı prezident lent kəsdi, amma hələ də kəmər işə düşməyib. Bu layihə çox uğursuz layihədir. Azərbaycanda su layihələrilə bağlı Dünya Bankı, Asiya İnkişaf Bankı tərəfindən hər il milyonlarla vəsait ayrıır. Bu vəsaitlərin təyinatı üzrə xərclənməsində problemlər var. Belə adamları həbsxanaya salmaq və pullarını əllərindən almaq lazımdır”.

«Azərsu» MMC rəhbərliyinin har hansı narahatlığını hiss etmədim

Milli Məclisin sabiq üzvü, iqtisadçı alim Nazim Məmmədov
hesab edir ki, prezidentin vəzifəli şəxsi vəzifəsindən azad etməsi onun şəxsi qənaətidir. Bunu şərh etmək düzgün deyil. Iqtisadçının sözlərinə görə dövlət qurumları rəhbərlərinin fəaliyyətinə ictimai nəzarət olmalıdı: “Əhali ilə təmasda olan, sosial öhdəliklər daşıyan qurumlarda köklü islahatların aparılması ilə bağlı təkliflərimiz var. İri vergi ödəyicilərində idarəetmə sistemi daha da təkmilləşdirilməlidir. Güman edirəm ki, cənab prezident indiki mərhələdə həm də kadr islahatlarını sürətləndirməlidir. Bir kadrın uzun müddət eyni postda olması cəmiyyət tərəfindən qəbul edilmir. Düşünürəm ki, iri çaplı məmuru vəzifəsindən azad edib, yerinə müavinini təyin etməklə iş bitməməilidir” 

Keçmiş millət vəkili deyir ki, Mən Milli Məclisin deputatı olduğum müddətdə bir neçə dəfə «Azərsu» MMC-nin rəhbərliyi ilə təmasda olub: “Deputatı olduğum Tovuzda su kəmərinin çəkilişi zamanı «Azərsu» MMC rəhbərliyinin har hansı narahatlığını hiss etmədim. Nizaməddin Rzayevlə mənim işgüzar münasibətlərim olub. Mətbuatdan bu qurum daxilində hansısa intriqaların olduğu barədə eşitmişəm. Nizaməddin Rzayevlə bağlı onun tabeliyində olan vəzifəli şəxslərin sabotajlarından xəbərdaram. Güman edirəm ki, Nizaməddin Rzayevin yerinə onun müavinlərindən hansısa təyin edilməyəcək”.

Ruslan XƏLİL






15 Fevral, 2011  16:50 Baxılıb: 3641 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16