Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SİYASƏT

Sıralar boşalır

Mehman Əliyev: “Bu gün Azərbaycanda həqiqəti demək sovet dövründəki kimi təhlükəli və problemlidir”

“Gündəlik medianı az oxuyuram. Çünki orda yazılanlar əksərən dedi-qodudur. Mənim üçün bunlar, o qədər də maraqlı deyil” – bunu “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev deyir. 

M.Əliyev milli medinın inkişaf etməməsinin səbəbini jurnalistlərinin fiziki təzyiqlərə məruz qalması ilə əlaqələndirir: “Bu gün Azərbaycanda həqiqəti demək sovet dövründəki kimi təhlükəli və problemlidir. Jurnalistlər bir tərəfdən məhkəmələrlə, bir tərəfdən maddi çətinliklə üzləşir. Bir vaxtlar mübarizə aparanlar da yavaş-yavaş bizim sıraları tərk edir”.

Jurnalist simsar.az saytına açıqlamasında çap mediasında dərc olunan yazıların üslub baxımından da bir-birindən seçilmədiyini bildirib: “İndiki qəzetlərdə janr rəngarəngliyi yoxdur. Daha çox informasiyalar, korrespondensiyalar dərc olunur. Həcmi böyük, lakin hansı tip yazı olduğu anlaşılamayan məqalələr çoxluq təşkil edir. Reportajlar bizdə, demək olar ki, yox dərəcəsindədir, xülasələr çox zəifdir, müsahibə janrının növləri işlənmir”.

M. Əliyevin bildirir ki, jurnalist birinci növbədə haqqa xidmət etməli, insanlara həqiqəti çatdırmalıdır: “Jurnalist üçün hər şeydən öndə həqiqət dayanır. Bu məsələyə çox həssas yanaşıram. Sovet dövründə biz xəbərləri sətirarası oxuyurduq, Yəni ideoloji pərdəni bir kənara atıb təhlil edəndə maraqlı prosesləri izləmək olurdu. Xarici mətbuatda dərc olunan xəbərlərin tərcümələrini oxuyub görürdüm ki, onların üslubuları başqadır. Mən həmişə sətirarxası həqiqəti axtarmışam”.

M.Əliyev Jurnalistikanın iqtisadi baxımdan asıllığını ziyanlı tendensiya hesab edir. Onun fikrincə, BBC, CNN standartlarına çata bilmək üçün peşəkar olmaq lazımdır: “Real rəqabətin olmadığı, jurnalistlərin fəaliyyəti məhdudlaşdırıldığı bir dövürdə peşəkar olmaq da çətinlişir”.

Arifə MİKAYILOVA






14 Fevral, 2011  17:37 Baxılıb: 1767 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16