"Tamaşaçılarımı, dostlarımı çox istəyirəm"
"SİMSAR" TEATR STUDİYASININ bədii rəhbərinin, sabah 40 yaşı tamam olacaq. Əməkdar artist Pərviz Məmmədrzayev simsar.az- a açıqlamasında bildirib ki, təmtəraqlı ad günü keçirmək fikrində deyil:"Baxmayaraq ki, 40 yubiley yaşıdır. Əlbəttə bu yaşıma çatmağıma sevinirəm. İstəyirəm ki, sevincimi ailəmlə bölüşəm. Tamaşaçılarımı, dostlarımı çox istəyirəm. İstəyirəm ki, onlar mənə yox mən onlara qulluq edim, ona görə də yubiley yaşımın sakit axarla keçməsinin tərəfdarıyam".