Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

Şou

Aybəniz Haşımovadan müsabiqənin təşkilatçılarına sərt ittiham

Aybəniz Haşımova: “Bu qızım Aynişana qarşı təxribat idi”

Fevralın 11-i Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində “Eurovision-2011” mahnı müsabiqəsinin milli final konserti keçirilib. Üç saatlıq konsert proqramından sonra, münsiflər heyətinin sədri və İctimai Teleradionun sədri İsmayıl Ömərov Eldar Qasımov və Nigar Camalı “Eurovision-2011” yarımfinal mahnı müsabiqəsinin qalibi elan edib. İndi isə hər iki iştirakçı mayın 10-da Almaniyada keçiriləcək I yarımfinalında finala çıxmaq uğrunda mübarizə aparacaqlar. 


Yarımfinal uğrunda mübarizədə xalq artisti Aygün Kazımovanın qızı İlqarə İbrahimova, əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva və yetərincə tanınan müğənni İlhamə Qasımova da iştirak edirdi. Ancaq tanınmış müğənnilərin qızlarından heç biri finala vəsiqə qazanmayıblar. 

Münsiflər heyətinin sədri İsmayıl Ömərov yarımfinal sonrası keçirilən mətbuat konfransında qalib gəlməyən iştirakçıların valideynləri tərəfindən ona heç bir sifarış və ismarıc göndərilmədiyini vurğulayıb: “Həmin xalq artislərinə minnətdarlığımı bildirirəm”


Simsar.az saytının əməşdaşı yarımfinalda uduzan iştirakçıların valideynlərinə telefon açdı.

Xalq artisti Aygün Kazımovanın köməkçisi bildirdi ki, müğənni ilə iki, üç saatdan sonra danışmaq mümkün olacaq.

Aynişan Quliyavanın anası Aybəniz Haşımova ilə isə danışa bildik. Əməkdar artist “Eurovision- 2011” yarımfinalını yayımlayan texniki heyətə qarşı ağır ittihamlar səsləndirdi:


“Qızımı çəkmirdilər, səhnədəki “lüstürü” çəkirdilər”


-Qızım Aynişanın çıxışları efirdə göstərilmədi. Rejissora yaxınlaşıb buna görə dəfələrlə irad bildirdim. O isə cavabında tapşırıq belə gəlib, mənə nə tapşırılıbsa onu da çəkirəm dedi.

Xalq efirdən heçnə görə bilmədi. İctimai Televiziyaya nə qədər texniki avadanlıqlar gətizdirmişdim. Əgər efirdən qızımın perfomansları göstərilməyəcəkdisə, əvvəlcədən deyərdilər. Allah bəlalarını verəcək. Bu qızım Aynişana qarşı bir təxribat idi. Əgər başqa ölkədə belə bir müsabiqədə Aynişan iştirak etmiş olsaydı, bu qərəz başa düşülən olardı. Ancaq bizim ölkəmizdə qızıma qarşı bu cür olmamalı idi.

Bu müsabiqəni mən bir mahnı bayramı kimi qəbul edirəm. Qızım qalib də gələ bilərdi, gəlməyə də bilərdi. Məni əsəbiləşdirən başqa məqamdı. Aynişan səhnədə ən çətin performanslar nümayiş etdirdi, ancaq heç biri efirdə göstərilmədi. Qızımı çəkmirdilər, səhnədəki “lüstürü” çəkirdilər. Ona görə də xalq Aynişanı görmədi.

Əməkdar artistinin səsləndirdiyi ittihamlara İctimai Televiziya və Radio Yayımları Şirkətinin ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsinin rəhbəri Tahir Məmmədovun da münasibətini öyrənmək istədik. Əvvəlcə şəxsi telefonuna etdiyimiz zənglərə cavab verməyən T.Məmmədov sonradan telefonunu bağladı. 


Qızının qalib gələ bilməməsinə Aygün Kazımovanın münasibətini də gün ərzində diqqətinizə çatdırmağa çalışacağıq.

 

Aylin Abbasova






12 Fevral, 2011  17:46 Baxılıb: 5236 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16