Bu dəfə Dövlət Bayrağı Meydanının 50 metrliyində
Xaricdə keçirilən bəzi tədbirlərdə, əsasən də İran İslam Respublikasında Azərbaycan nümayəndə heyətinin də qatıldığı müxtəlif mövzulu müzakirələrdə dövlət atributu olan Azərbaycan bayrağına qarşı hörmətsizliklərin az şahidi olmamışıq. Bayrağın tərsinə asılması, zibil qutusuna atılması və bu kimi ciddi neqativ hallar hətta bizə qardaş olan Türkiyədə də yaşanıb.
Təxminən bir il öncə bayraq qalmaqalı iki qardaş ölkə- Azərbaycan və Türkiyə arasında böyük qalmaqala səbəb olmuşdu.
Bu faktlara nəzər yetirdikdən sonra bayrağımıza özümüz tərəfindən hörmətsizlik edilməsi isə başa düşülən və qəbul edilən deyil.
Dünən əməkdaşımız Dövlət Bayrağı Meydanından 40-50 metr aralıda Azərbaycanın bayrağının bükülmüş şəkildə arabanın içində olduğunu görüb. Bu acı mənzərəni görüb və aparatın yaddaşına da köçürüb. Həmin şəkli Simar.az saytının ziyarətçilərinə təqdim edirik.
Vidadi