Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SİYASƏT

«İlyas İsmayılov mənə görə deputat seçilib»

Ədalət Partiyasının sədri çıxılmaz durumda

Ədalət Partiyasında son günlər yaşanan gərginlik artan xətt üzrə davam edir. Partiyanın sədr müavini Elxan Şükürlünün MSK-dakı nümayəndə Oqtay Hümbətlinin ötən illərdəki fəaliyyətini ciddi tənqid etməsi qarşı tərəfdə qıcıq yaradıb.  

Partiya daxilindən aldığımız xəbərə görə, sədr İlyas İsmayılov MSK üzvlüyünə bu dəfə O.Hümbətlinin deyil, E.Şükürlünün namizədliyini irəli sürməyə hazırlaşır. E.Şükürlünün özü də mətbuata açıqlamasında bildirib ki, rəhbərlik O.Hümbətlini MSK-da görmək istəmir. «Böyük ehtimalla partiyanın MSK-dakı növbəti nümayəndəsi Oktay Hümbətli olmayacaq. O, «Ədalət»in yox, Məzahir müəllimin təmsil olunduğu YAP-ın maraqlarını təmsil edib». deyən E.Şükürlü qənaətini sona qədər sübut etməyə hazır olduğunu da bildirib.



Simsar.az ittihamlara münasibət öyrənmək üçün O.Hümbətliyə müraciət etdi.
Digər partiyalardan fərqli olaraq Ədalət Partiyasının MSK-ya yeni nümayəndə təqdim etmədiyini deyən O.Hümbətli onun fəaliyyətindən narazı qalanların mövqeyini başa düşmədiyini bildirdi: «Bəzən müxalifət nümayəndələri Müsavat Partiyasından Gülağa Aslanlı, Ümid Partiyasından Akif Qurbanlı məni qınayırlar ki, nə üçün müxalifət partiyaları tərəfindən edilən müraciətlərə mənfi cavablar verirəm. Mən də deyirəm ki, hər bir müraciət hüquqi cəhətdən əsaslandırılmalıdır, şikayətlər təsdiqini tapmalıdır ki, mən də söz deyə bilim. Mən həm də Ədalət Partiyasının siyasi kursunu nəzərə alaraq MSK-da fəaliyyət göstərmişəm».



«Siz məsələn, Vətəndaş Həmrəyliyi Partiyasının MSK-dakı keçmiş üzvü Ənvər Əliyev kimi mövqe tuta bilməzdinizmi» sualına O.Hümtəblinin cavabı belə oldu: « Allah eləməsin, mən Ənvər Əliyev kimi fəaliyyət göstərsəydim, onda necə olacaqdı? Bunu mənə telefonla deyil, üzbəüz desəydiniz sizdən inciyərdim. Gör məni kimlə müqayisə edirsiniz? Müxalifət deyir ki, qatıq qaradır, mən də qara deməliyəm? Axı qatıq ağdır. Həmişə haqqa səs vermişəm. Bu da mənə verilən qiymət!».
O.Hümbətli bildirir ki, namizədliyinin yenidən MSK-ya irəli sürülməməsi Elxan Şükürlüyə görədir: «Elxan Şükürlü deyib, əgər o, MSK-ya göndərilməsə partiyadan istefa verəcək. Nədənsə, İlyas İsmayılov da onun partiyadan getməsini istəmir. Və indi belə bir vəziyyət yaranıb. Mən olmasaydım bu parlament seçkilərində Ədalət Partiyasından heç kəs deputat seçilə bilməyəcəkdi».
O.Hümbətli deyir ki, o, məsələ ilə bağlı İlyas İsmayılovla danışıb: «İlyas İsmayılov mənə bildirid ki, Elxan Şükürlü onu cana yığıb, ona görə sən məni müdafiə et. Mən də deyirəm ki, əgər partiya Elxan deməkdirsə, onda təşkilatın qapılarını bağlayıb çıxıb gedək».
O.Hümbətlinin sözlərinə görə, 2006-cı ildə nümayəndəliyi MSK-ya irəli sürüləndə partiyanın İdarə Heyətində bütün üzvlər ona səs verib: «Elxan Şükürlüyə bir nəfər səs vermişdi. O da özü».
O.Hümbətli həmçinin qeyd edir ki, o, MSK-da qalsa partiyaya daha çox xeyir verə bilər: «Elxan Şükürlünün seçki biliyi sıfırdır. Deyir ki, guya Məzahir Pənahov mənim adımı parlamentə təqdim edib. Məzahir Pənahov MSK sədri deyil, özü də məzuniyyətdədir».

RAMİL






10 Fevral, 2011  18:29 Baxılıb: 3255 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16