/
“Əflan İbrahimov milli hərəkat yox, küçə hərəkatı da yarada bilməz. Bu oyundan başqa bir şey deyil. Əflan İbrahimov Siyasi qurumların dublikatından başqa bir şey deyil”. Bu fikirləri Simsar.az-a açıqlamasında Milli Şuranın “El” hərəkatının Ali Məclis sədri Eldəniz Quliyev deyib. Bu hadisə “El” hərəkatının nüfuzuna xətər yox əksinə ona üzv olanların həqiqəti görməsinə səbəb olur. Məhz buna görədir ki, Əflan İbrahimbəyova etiraz kimi “EL”in filialları istefa verməyə başlayıblar. Əflan İbrahimbəyovun özü kimi fəaliyyəti də boşluqdan ibarətdir. O istifadə olunub atılacaq bir oyuncaqdır. O nəinki bir qurum yaradıcısı heç küçədə belə özünü aparmaq iradəsinə malik olmayan insandır”.
Eldəniz Quliyev həmçinin, Rüstəm İbrahimbəyovun açıqlamasına toxunaraq onun çağırış yox sadecə bir təklif olduğunu bildirib. Mən o görüşdə şəxsən iştirak etmişəm. Görüş Tiflisdə keçirilib. Mən bilirəm ki, orda Rüstəm İbrahimbəyov nə deyib? Milli Şuranın mənbəyi xalq olmalıdır deyilib. Milli Şura şəffaf demokrat bir qurumdur. Buna ləkə salmaq düzgün deyil.
Aysel Kərimova