Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

İdman

AFFA-dan “Xəzər Lənkəran”a – SƏRT CƏZA

1

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Simsar.az-ın məlumatına görə, yığıncağın əsas müzakirə mövzusu Topaz Premyer Liqasının IV turunun qalmaqallı “Xəzər Lənkəran” – “Neftçi” qarşılaşması olub.

Azarkeşlər arasında kütləvi dava-dalaşla nəticələnən qalmaqallı görüşlə bağlı müzakirələrdən sonra AFFA meydan sahiblərinə qarşı sərt cəzalar tətbiq edib.

Ümumilikdə, qolsuz bərabərliklə nəticələnən “Böyük oyun” cənub təmsilçisinə 19 min manata başa gəlib.

İntizam Komitəsinin qərarında bildirilir ki, matçın fasiləsində cənublu azarkeşlər “Neftçi” fanatları olan sektora doğru hərəkət gedərək, onlara fiziki təsir göstərməyə cəhd etmiş, lakin polis tərəfindən insident sakitləşdirilib. Bununla əlaqədar görüşün ikinci hissəsi 6 dəqiqə gec başlamışdı. Oyundan sonra yerli azarkeşlər yenidən “Neftçi” fanatlarına hücum etməyə cəhd göstərib. Amma polis və daxili qoşun qüvvələri tərəfindən buna imkan verilməmiş və baş verə biləcək hər hansı xoşagəlməz hadisələrin qarşısı alınıb. Buna baxmayaraq, cənublu fanatlar qonaqlar olan sektora və meydançaya çoxlu sayda pirotexniki vasitələr, oturacaqlar və digər əşyalar atıblar.

Azarkeşlər stadionu və ətraf ərazini tərk etdikdən sonra matçın hakimləri və “Neftçi” klubunun azarkeşləri polisin müşayiəti ilə stadiondan çıxıblar.

Bununla əlaqədar İntizam Komitəsi aşağıdakı qərarları qəbul edib:

- 2013/2014 mövsümü Topaz Premyer Liqası və Azərbaycan kuboku matçlarında bu klubların öz aralarında keçirəcəyi oyunlarda qonaq komandanın azarkeşlərinin stadionlarda iştirakına qadağa qoyulur.

- Stadionda baş vermiş kütləvi intizamsızlığa görə “Xəzər Lənkəran” 5000 manat cərimə olunur (maddə 50).

- Pirotexniki vasitələrdən istifadə edilməsi və meydançaya kənar əşyalar atılmasına görə “Xəzər Lənkəran” 4000 manat cərimə olunur (maddə 52).

- 4 futbolçusunun sarı vərəqə ilə cəzalandırılmasına görə “Xəzər Lənkəran” 1000 manat cərimə olunur (maddə 40).

- “Xəzər Lənkəran” və “Neftçi” klublarının azarkeşlərlə apardığı işin səviyyəsi çox aşağı olduğuna görə hər iki klub 5000 manat cərimə olunur.

- Hər iki klubun ev sahibi olduğu oyunlarda analoji hadisənin yenidən baş verəcəyi təqdirdə klub Topaz Premyer Liqası və Azərbaycan kuboku çərçivəsində ev oyunlarını azarkeşsiz keçirəcək.

- Matçın gedişində stadionun diktoru tərəfindən azarkeşləri öz komandalarını dəstəkləməyə çağırış xarakterli şüarlar səsləndirildiyinə görə “Xəzər Lənkəran” 2000 manat cərimə olunur.

- “Xəzər Lənkəran”ın futbolçusu Elnur Allahverdiyevlə “Neftçi”nin futbolçusu Araz Abdullayevin idmançıya yaraşmayan hərəkətlərinə görə hər iki komanda 2000 manat cərimə olunurlar.






27 Avqust, 2013  20:14 Baxılıb: 972 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16