“Bu il qızıl medal alanlar özlərini tamamilə doğrultdu. Bir nəfərin 140 bal, digərinin isə 300 bal toplaması o demək deyil ki, uşaqlar bu ada layiq deyil”. Bunu Simsar.az-a açıqlamasında Milli Məclisin Elm və Təhsil Komissiyasının üzvü, AMEA-nın Naxçıvan bölməsinin rəhbəri İsmayıl Hacıyev bildirib
Millət vəkili həmçinin bunları da əlavə edib ki, “mən bu il qızıl medala layiq görülənlərin bu ada layiq olduğunu düşünürəm. Çünki ümumi nəticəyə nəzər salsaq görərik ki, qızıl medal alanların 90 % -i 500-600 bal dan yuxarı nəticə ilə çıxış ediblər. Bu halda bir neçə nəfərin az bal yığmasını ön plana çıxartmağa heç ehtiyac belə yoxdur. Mən ümumiyyətlə bu il TQDK-nın keçirdiyi qəbul imtahanında uşaqların göstəricilərini qənaət bəxş hesab edirəm. TQDK bu il keçid ballarını aşağı salmaqla cəmiyyətdə bir çox uşaqların həyatlarında müsbətə doğru dəyişiklik edəcək.Yenə də qeyd edirəm ki, bu il keçirilən imtahanlarda uşaqların ümumi göstəricisi yüksək idi. Təhsililimizin hazırkı vəziyyətinə gəlincə isə mən çox böyük irəlləyiş görürəm. Son on ildə bir çox nailiyyətlər əldə etmişik. Ən əsası isə cəmiyyətimiz savadlı gənclər əldə edib. Bu da ki, qeyri- neft sektorunun Azərbaycanda formalaşmasına şərait yaradacaq. Azərbaycanın neftdən olan asılılığına son qoya bilər”.
İsmayıl Hacıyev deyib ki, şagirdlərə təzədən qızıl medal verilməsi uşaqlar arasınada təhsilə marağı daha da artıracaq. Mən əminəm ki, növbəti illərdə qızıl və gümüş medal alanların sayı artacaq”.
Qeyd edək ki, medalçıların əksəriyyəti 600-dən yuxarı bal toplayıb. Lakin qızıl və ya gümüş medal alanlar arasında qəbul imtahanlarında 300, hətta 140 bal toplayan abituriyentin olması cəmiyyətdə bir mənalı qarşılanmayıb.
Təhsil Nazirliyi də ötən dərs ilində qızıl və gümüş medallarla təltif olunmuş şəxslərin qəbul imtahanlarında göstərdiyi nəticələrinin təhlilini aparıb. Belə ki, 248 medalçıdan 3 nəfəri (1%) – 700 bal, 145 nəfəri (58%) – 600-699 bal, 49 nəfəri (20%) – 500-599 bal, 22 nəfəri (9%) – 400-499 bal, 12 nəfəri (5%) – 200-399 bal, 1 nəfəri – 140 bal toplayıb.
Aynur Bayramova