“SOY Production” ın rəhbərliyi hələ ki, təklifləri dəyərləndirir
Azad Azarbaycan Televiziyası (ATV) ətrafında dolaşan xəbərlərdən biri də burada yayımlanan şou proqramların əsas istehsalçısı olan “SOY Production”a başqa telekanallarla əməkdaşlıq barədə tövsiyyələrin olunmasıdır. Hətta qeyd olunur ki, “SOY Production”a artıq “Space” Telekanalı ilə əməkdaşlıq barədə təkliflər verilib.
Kompaniyanın prezidenti Oqtay Əliyev simsar.az-a açıqlamasında bildirdi ki, onlara həqiqətən də başqa telekanallardan təkliflər gəlib: «Azərbaycandakı bəzi telekanallar “SOY Production”a əməkdaşlıq təklifi ediblər. Hələlik şərtlər müzakirə olunur. Şərtlər ürəyimizcə olsa niyə də əməkdaşlıq etməyək?».
O.Əliyev ATV ilə əməkdaşlığı kəsməyəcəklərini də bildirdi: «Biz hazırda ATV ilə bir neçə layihəni gerçəkləşdiririk. Verilişlərimiz davam edir. Əməkdaşlığı dayandırmamışıq».
ATV-nin təsisçilərinin dəyişdirilməsi ilə bağlı yayılan məlumatlara gəldikdə isə O.Əliyev qeyd etdi ki, o, bu barədə məlumatları qəzetlərdən oxuyub: «Hamzırda mən ATV-nin təsisçiləri ilə bir kabinetdəyəm. Gələcək fəaliyyətimiz barədə söhbətlər edirik».
RAMİL