|
Zabitlər aclıq aksiyasına başladılar
Silahlı Qüvvələri sıralarında 25 təqvim ili xidmət edərək 30 ildən çox yaşadıqları normal mənzilillərindən Hacıqabul Rayon Polis rəisinin sifarişi ilə məhkəmə qaydasında çıxarılaraq qəza vəziyyətində olan binanın mənzillərinə köçürülən təqaüdçü zabitlər, ehtiyatda olan kapitanlar, Vəkilov Bəxtiyar Yusif oğlu və Qənbərov Ədalət Səttar oğlunün son müdafiə tədbiri olaraq 31 yanvar 2011-ci il tarixində aclıq aksiyasına başlamağa qərar veriblər.
“Son il yarımda özümüz də daxil olmaqla 15 nəfərlik ailə üzvlərimizin həyatı məmur və məhkəmə özbaşınalıqları ucbatından təhlükədə olmasını və həmin təhlükənin faciəvi sonluq ərəfəsində olduğunu nəzərə alaraq ölüm qabağı son müdafiə tədbiri olaraq açlıq aksiyası keçitməyə məcburuq. Çünki Hacıqabul şəhərində olan 25032 saylı h/h-nin komandiri p-k A.Ağahüseynov və Rayonun Polis şöbəsinin rəisi p-k R.Kərimovun ərizəsi əsasında Hacıqabul Rayon Məhkəməsi 25 il xidmət edərək bizə verilən və 30 ildən çox yaşadığımız normal mənzilimizdən “qəza” adı ilə çıxarılmağımız barəsində özbaşınalıqda və məntiqsizlikdə analoqu olmayan bir məhkəmə qətnaməsi vermişdir (qanunsuz sözünü ona görə işlətmirik ki, həmin məhkəmə qətnaməsi verilərkən heç bir qanuna istinad olunmamışdır).
Qətnaməni ona görə məntiqsiz adlandırırık ki, çünki əsl həqiqətdə məhkəmə qətnaməsi qəza vəziyyətində olmayan mənzillərimizdən çıxarılıb qəzalı binada olan mənzillərə köçürülməyimiz barəsində verilmişdir. Həmin qətnamədən verdiyimiz şikayət əsasında işə baxan Şirvan Apellyasiya Məhkəməsinə əvvəlki məhkəmə iclaslarında müəyyən ümüdimiz var idisə, həmin ümidlərimiz 26 yanvar 2011-ci il tariximdə keçirilən məhkəmə iclasında tamamilə qırılmışdır. Beləki, həmin günü məhkəmə prosesi saat 10.30-a təyin olunmuşdur. Biz də nümayəndəmizlə birlikdə 10.20 məhkəmədə olduq. Həmişəkindən fərqli olaraq məhkəmə iclasında rayon polis şöbəsinin rəisi əvəzinə 2 müavini gəlmişdir (məhkəmə iclaslarında bir qayda olaraq rayonun polis rəisi şəxsən iştirak edirdi). Günorta fasiləsinə qədər işimizlə bağlı məhkəmə iclası keçirilmədi. Lakin məhkəmə iclasına gələn polis rəisinin müavinlərindən biri səhər-səhər məhkəmə binasına daxil olub xeyli yubandıqdan sonra çıxıb getdi. Gedəndə də, hərbi hissənin komandirinə dedi ki, biz gedirik ehtiyac olsa zəng edərsiniz. Sonradan məhkəmənin qabağında olduğumuz 2-3 saatda belə bir xəbər eşitdik ki, məhkəmə bunasının içərisinə girən Hacıqabul Rayon polis şöbəsinin rəisinin Ramiz adlı müavininin həmyerlisi (hər ikisi Quba rayonundandırlar, bizdə olan məlumatlara görə bir-biri ilə xala oğludurlar) Şirvan Apellyasiya Məhkəməsində hakim işləyir, heç bir iclas keçirilmədən qarşı tərəfin xeyrinə məhkəmə qətnaməsi veriləcəkdir. Düzü bu xəbər bizdə müəyyən şübhələr oyatsa da, doğruluğuna inanmırdıq. Lakin məhkəmə iclasının bu belə uzadılması şübhələrimizi daha da artırdı. Nəhayət saat 14.30-da bizə dedilər ki, sizin işinizə saat 15.30-da baxılacaqdır. Məhkəmə yenə də 30 dəqiqə kec, yəni 15.00-da başladı.
Öz-özümüzə fikirləşirdik ki, polis rəisinin müavinləri məhkəməyə gəlməsələr, onda günortadan qabaq eşitdiyimiz məlumatlar həqiqətə uyğundur, məhkəmə qarşı tərəfin xeyrinə qərarı qəbul etmişdir. Dəhşətlisi odur ki, səhər-səhər eşitdiyimiz məlumatların hamısı məhkəmə zamanı təsdiqini tapdı. Polis rəisinin müavinləri məhkəməyə gəlmədilər, hakimlər də tamamilə məhkəmə prosesini qarşı tərəfin xeyrinə quraraq, onların xeyrinə məhkəmə qətnaməsi vermək istəyirdi. Görünür polis rəisinin müavini ilə aparılan söhbətlər zamanı iş üzrə qərar verildiyinə görə bizi dinləmək istəmirdilər. Təqdim olunmuş vəsatətimlə əsaslandırmaq istədiyim maddi və prosessual hüquq pozuntuları barəsində hakimlər bizə danışmağa imkan vermədilər. Qarşı tərəfin sözün həqiqi mənasında boş-boşuna danışan nümayəndələrin sözlərini də kəsmirdilər ki, məhkəmənin keçirilməsi üçün nəzərdə tutulan 10 dəqiqə vaxt da qarşı tərəfin danışığı ilə qurtarsın. Sonra da hakim qarşı tərəfdən sübutların saxtalaşdırılmasına yönələn bir neçə vərəqi götürüb işə əlavə etməklə nəinki məhkəmə iclasını, hətta məhkəməni yuxarıda göstərdiyimiz kimi, qarşı tərəfin xeyrinə yekunlaşdırmaq istəyirdi. Lakin mənzillərə baxış keçirilməyimizlə bağlı təkidli tələblərimizdən sonra, guya həmin mənzillərə baxış keçirtmək üçün işin baxılmasını 02 fevral 2011-ci il tarixində saat 16.30 təxirə saldılar. Lakin işin gedişatı göstərir ki, bütün bunlar gözdən pərdə asmaqdan başqa bir şey deyildir.
Bütün bunları nəzərə alaraq, biz Silahlı Qüvvələri sıralarında 25 il xidmət edərək 30 ildən çox yaşadığımız mənzillərimizdən çıxarılmağımıza etiraz olaraq, nəticəsi əvvəlcədən bəlli olan məhkəmə iclasına getməkdən imtina edərək, məhkəmə iclasının təyin olunduğu 02 fevral 2011-ci il tarixindən iki gün qabaq, yəni 31 yanvar 2011-ci il tarixindən son müdafiə hüququmuzdan istifadə edərək aclıq aksiyasına başlayırıq”.
Ehtiyatda olan zabitlərin keçirdikləri aksiyamızın da tələbi aşağıdakılardan ibarətdir:
“Məmur və məhkəmə özbaşınalıqlarından baş verə biləcək ailə faciəmizin qarşısının alınması üçün ciddi tədbirlər görülsün. Rayon polis rəisinin və hətta polis rəisinin müavininin sifarişi ilə özbaşınalıq edərək bu iş üzrə qarşı tərəfin xeyrinə qərar verməklə hüquqi dövlət kimi ölkəmizin imicinə ciddi zərbələr vuran hakimlərin fəaliyyətinə dərhal xitam verilsin. 25 il Silahlı Qüvvələrdə xidmət edərək rus komandirləri tərəfindən bizə verilən və 30 ildən çox yaşadığımız mənzillərimizdən çıxarılmağımıza yönələn özbaşınalıqlara son qoyulsun. Əgər bundan sonra da bu özbaşınalıqlara son qoymaq mümkün deyildirsə (1 ildən çoxdur ki, bütün aidiyyətli dövlət qurumlarından bu elementar hüququmuzun təminatını istəsək də, nail ola bilmirik) vətəndaşlığımıza xitam verilsin ki, biz Rusiya Federasıyasının vətəndaşlığını qəbul edək. Rusiya Federasiyasının vətəndaşlığını almaqda da, məqsədimiz odur ki, yuxarıda göstərdiyimiz kimi, əsrin ¼-i qədər xidmət müddətimizin 15 ildən çoxunu, varisi Rusiya Federasiyası olan keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında xidmət etmişik. Onu da öyrənə bilmişik ki, SSRİ-dəki xidmət də daxil olmaqla Silahlı Qüvvələri sıralarında 10 il xidmət illəri olan hərbi qulluqçular Rusiya Federasıyasında hərbi şəhərcikdən çıxarıldıqda razılaşdırma əsasında onlara şəraiti daha yaxşı olan abad mənzillər verilir”.
Bütün bunlar bir daha göstərir ki, Rusiya Federasiyasında dövlət zabitə bu belə qayğı göstərdiyi halda, Vətənimizdə isə timsalımızda 25 il Silahlı Qüvvələri sıralarıda xidmət edən zabitlərin və onun bütün ailə üzvlərinin taleyi də rayon polis şöbəsinin rəisi və hətta müavinindən asılıdır. İstədiyi vaxt 30 ildən çox yaşadığın mənzilimizdən çıxarılanda belə əlin heç bir yerə çatmayacaqdır. Güvəndiyin məhkəmə hakimiyyəti də bu işdə səni evdən çıxardan məmurun köməkçisinə çeviriləcəkdir. Biz bu addımımızı atanda bəzi zabit yoldaşlarımız bizə bildirdilər ki, hərəkətləriniz Azərbaycan zabitinin şərəfinə ziyan gətirər. Biz zabit yoldaşlarıma deyəndə ki, 25 ildən çox xidmət edən zabitin taleyini bu formada polis həll edirsə, deməli bizdə hansısa zabit şərəfi qalmamışdır. Təbii ki, bundan sonra fakt qarşısında qalan zabit yoldaşlarımızın bizə deyəsi sözü olmadı. Bizi ən çox dəhşətə gətirən odur ki, polis rəisi p-k R.Kərimov və h/h-nin komandiri p-k A.Ağahüseynov bizə deyirlər ki, siz mənzilinizdən çıxın, biz sizə icra hakimiyyətindən torpaq da alırıq, həmin torpaqda mənzil tikməkdə də material sarıdan kömək edərik.. Halbuki, keçən əsrin 90-cı illərin əvvəllərində biz Milli Ordumuzda Hərbi Havva Qüvvələrimizi müharibə şəraitində yaradaraq düşmənə qarşı vuruşanda “bizə torpaq verərək ev tikən polkovniklərin” harada olmaları belə müəmmalıdır. Bizdə olan məlumatlara görə onlar həmin vaxtı türmədə işləyiblər. Bəlkə ona görə də bizə dustaq kimi baxırlar. İndi də kimlərinsə şəxsi maraqları naminə bizə bu formada işkəncələr verirlər. Nəticədə əsrin ¼-qədər xidmətdə olduğumuz və ən şərəfli peşə hesab olunan hərbiçi peşəmiz Vətənimizdə bizə belə faciələr gətirmişdir. Özümüzün və ailə üzvlərimizin ən elementar hüquqlarını müdafiə edə bilmədiyimiz üçün ailə üzvlərimizin qarşısında xəcalətliyik, ona görə də bu formada yaşamağımız mümkün deyildir. Ən dəhşətlisi də odur ki, taylarımız uşaqlarına toy edir, biz isə toyu olası uşaqlarımızla gözləyirik ki, polis rəisi və hərbi hissənin komandiri nə vaxt gəlib bizləri evdən çıxaracaqlar. Ata üçün, ailə başçısı üçün bundan böyük faciə ola bilərmi? Bəzən fikirləşirik ki, son illərdə artan intiharların səbəbi nədir? Tam məsuliyyətlə bildiririk ki, son illərdə artan intiharların səbəbi, elə son illərdə artam məmur və məhkəmə özbaşınalıqlarıdır. Həmin özbaşınalıqlar bizim də qapımızı bu formada döymüşdür və həmin intihar da hər zaman bizdən də qaçılmazdır. . Qəribəsi də odur ki, bizi mənzillərimizdən çıxaran polkovniklər bildirirlər ki, bütün şikayətləriniz əbəsdir, bu məsələ Daxili İşlər Naziri R.Usubovun marağındadır. Biz buna inanmayaraq məsələyə aydınlıq gətirilməsi üçün dəfələrlə Daxili İşlər Naziri cənab R.Usubova müraciət etmişik. İndiyə qədə heç bir müraciətimizə cavab almamışıq. Hətta Daxili İşlər Naziri yaşadığımız hərbi şəhərciyin yanında olan hərbi hissəyə gələndə onunla görüşmək istəsk də, bizi onun qəbuluna buraxmadılar. Sonralar isə bizə bildirdilər ki, Nazir hər şeyi bilir və bu səbəbdən də bizimlə görüşmək istəmir. Bütün bunlar şübhələrimizin daha da artmasına səbəb olmuşdur. Aclıq aksiyamızın əsas səbəblərindən biri də Daxili İşlər Naziri cənab R.Usubovun bu məsələ ilə bağlı mövqeyini bilməkdir. Əgər Cənab Nazir həqiqətən baş verənlərdən xəbərsizdirsə və sadəcə olaraq onun adından istifadə olunursa ondan üzr istəyərək xahiş edirik ki, onun adından istifadə edənləri cəzalandırsın. Əgər həqiqətən göstərişi o, veribsə də xahiş edirik əsaslandırsın. Beləki, bizim evlərimizdən 100-150 metrlikdə Hacıqabul Rayon polis şöbəsinə bina tikmək üçün 90 sot torpaq sahəsi ayrılıbsa da, əvəzində 2 hektardan çox sahə zəbt olunmuşdur. 70 sot da hərbi hissənin zabitləri üçün yataqxana tikintisi üçün ayrılıbsa da, yenə də bizim mənzillərimizdən həmin torpaq sahələri 100-150 aralıda olduğu üçün onlara da heç bir meneçiliyi yoxdur. Bütün bunlara baxmayaraq bizə deyirlər, Daxili İşlər Naziri R.Usubovun göstərişi ilə mənzillərinizdən çıxarılırsınız. Bütün bunları nəzərə alaraq bir daha aidiyyətli dövlət orqanlarından xahiş edirik ki, faciəli sonluqla nəticələnə biləcək özbaşınalıqlara son qoyulması üçün dərhal ciddi tədbirlərin görülməsi təmin olunsun. Əks təqdirdə faciəmiz qaçılmazdır.
4 Fevral, 2011 19:13 ⁄ Baxılıb: 2309 ⁄ Çap
Bu bölmədə
|
|
|