Onlar Van Qoqu Vanqa zənn etdilər
Tez- tez xarici səfərlərdə olan sənətçılərin, tanınmış simaların az da olsa savada malik olmaları vacib amillərdəndir. Görəsən sənətçilərin savadları hansı dədrəcədədir. Haylı-küylü şou əhlinə ilk sualımız böyük İntibah rəssamı Van Qoqla baglı oldu. Qeyd edək ki, Van Qoq 1853-cü il martın 30-da Hollandiyanın Breda şəhəri yaxınlıgındakı Qrut-Zundert məntəqəsində anadan olub. 1880-ci ildən təsviri incəsənətlə məşgul olub. Brüssel və Antverpende rəssamlıq akademiyalarında təhsil alan Van Qoq 1890-cı il iyulun 29-da özünə sui-qəsd edərək dünyasını dəyişib. Beləlıklə “Van Qoq kimdir” sualına şou əhli necə cavab verdi.
Əməkdar artist, “Çal-çağır” verlişinin aparıcısı Dilarə Əliyeva: - rəssam
Müğənni Elariz Məmmdəoğlu: - Şəhər
Əməkdar artist Aybəniz Haşımova:- Xudojnik deyil?
Müğənni Rəqsanə İsmayılova: - Axı o kim deyil, şəhərdir.
Əməkdar artist Cavanşir Məmmədov: - Bilmirəm.
Müğənni Şipşirin Elçin: - Bu dəqiqə cavab verməliyəm? Olar bir azdan sonra zəng vurum deyim? Cavabı bilmirəm axı.
Xalq ulduzunun birincisi Eldəniz Məmmədov: - Baxıcıdır.
Skripkaçı Səlim: - Ya tarixçidir, ya da riyaziyyatçı. Hansısa kəşfi də var səhv etmirəmsə.
Müğənni Zamiq: - Bilmirəm
Meyxanaçı Namiq Qaraçuxurlu isə hələ də sualın cavabını axtarır
Sevinc Vəliyeva