Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SİYASƏT

ANS yenə bağlanır?

Televiziya biliciləri telekanalın müəyyən olunmuş çərçivədən kənara çıxmadığını bildirirlər

«ANS telekanalının növbəti dəfə balğanacağı barədə yayılan xəbərlərə inanmıram. Çünki bu telekanalın fəaliyyətində prinsipial məsələlərdə çərçivədən kənaraçıxma hallarına rast gəlinmir».
Bunu simsar.az saytına açıqlamasında tanınmış telejurnalist Qulu Məhərrəmli bildirdi. Onun sözlərinə görə, ANS-dəki «Toy olsun» verilişi telekanal və onu idarə edənlər üçün ciddi əhəmiyyət kəsb etmir. Ümumiyyətlə, bu verilişdə yaradıcılıq elementləri yoxdur. Q.Məhərrəmli qeyd edir ki, son vaxtlar telekanalları bağlamaq deyil, onlara sahib olmaq uğrunda müəyyən mübarizələr gedir:
«Sahiblərin dəyişdirilməsi, təsisçiliyə yiyələnmək niyyətlərin olduğu açıq-aydın görünür. Ona görə də mən hesab edirəm ki, hansısa verilişin bağlanıb-bağlanmaması formal xarkter daşıyır. Bütün telekanallar cızılmış çərçivələrdə fəaliyyət göstərirlər».
Digər media eksperti Zeynal Məmmədli mətbuata açıqlamasında bildirib ki, ANS-in balğanacağına inanmır. Çünki bu telekanal digərlərindən ciddi fərqlənmir: «ANS siyasi proseslərin içində olduğu üçün onun belə ötəri qələbələr qazanması normaldır».
Qeyd edək ki, ATV telekanalında «Onun yarısı» verilişi bağlanandan sonra ANS-in də eyniməzmunlu «Toy olsun» verilişinin bağlanacağı gözlənilirdi. Məlumatlara görə yuxarı dairələrdən hər iki telekanala milli dəyərlərimizə zidd olan belə verilişlərin dayandırılması göstərişi verilib. ATV-dən fərqli olaraq ANS yuxarıdan gələn göstərişi guya qəbul etməyib. Buna görə də kanalın növbəti dəfə cəzalandırılacağı deyilirdi. Amma yqxardakı qeydlərdən də məlum oldu ki, ekspertlər ANS-in cəzalandırılacağına inanmır.
RUSLAN






29 Yanvar, 2011  15:14 Baxılıb: 2306 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16