Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SOSİAL

Simsar.az saytı kriminal xəbərlərə məhdudiyyət qoydu

Mətbuatı bu prosesə təkan verməyə çağırırıq

Hər gün müxtəlif səpkili, xeyli sayda kriminal xarakterli informasiyalar oxuyuruq. Və bu tendensiya artan xətlə davam edir. Nəticədə intihar edənlərin, qatar altında qalanların, qəzaya düşənlərin, qətl hadisəsi törədənlərin sayı azalmır, əksinə, artır. İntihar hallarından o qədər yazılır ki, bu dəhşətli hadisə artıq ictimaiyyətdə adiləşir. Heç kim qarantiya verə bilməz ki, bu cür xəbərlərin çoxalması kriminal hadisələrin artmasına səbəb deyil. Buna görə də bizim sayt oxucularını qanlı olaylarla üz-üzə qoymaqdan imtina edir. Daha doğrusu “Simsar” kriminal xəbərlərə məhdudiyyət qoyur.
Saytın təşəbbüsünü psixoloq Elnur Rüstəmov da dəstəkləyir: ” Bu sahədə proporsiya olmalıdır. Mən sizin saytın bu təşəbbüsünü müsbət qiymətləndirirəm. Bu təşəbbüsə bütün informasiya agentlikləri, qəzetlər, xəbər prortalları, televiziya və radio da qoşulmalıdır. Maarifləndirmə aparılmalıdır. Qərb ölkələrində kriminal xarakterli xəbərləri yayımlamırlar. Çünki belə xəbərlər insanlara pis təsdir edir. Həmçinin ABŞ-da “psixi sağlamlıq və psixi təhlükəsizlik” haqqında qanun qəbul edilib. Qanuna əsasən, kriminal xəbərlərə görə insanlar məsuliyyətə cəlb olunurlar. Çox istərdim ki, bizdə də belə qanun olsun. İnsanlara aqressiyadan necə uzaqlaşdırmanın yolları öyrədilməlidir və onlarda aqressiya yarada bilən xəbərlər yayımlanmamalıdır”.
Mənəvi Dünya İctimai Birliyinini sədri Hacı Şahin də belə düşünür ki, real hadisələr mətbuatda öz əksini tapmalıdır, ancaq kriminal xəbərlərin KİV-də yayılması cinayətlərin təbliği kimi də dəyərləndirilə bilər: “Dinimiz də müsbət dəyərlərin təbliğinin tərəfdarıdır. Kriminal xəbərlərin hər bir evə daxil olması heç də müsbət hal deyil. Bu insan psixologiyasına mənfi təsir edir.”






29 Yanvar, 2011  15:00 Baxılıb: 2333 Çap

Bu bölmədə

27 Noyabr, 2024
Sabah leysan yağacaq
18 Noyabr, 2024
Sabah qar yağacaq

XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16