Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SİYASƏT

Əli Ömərova YAP-dan cavab gəldi

Hüseyn Paşayev Əli Ömərovun dediklərini cəfəngiyat sayır 

«Əli Ömərovun vəzifədən uzaqlaşdırıldığı üçün ovladlarına iş verilməməsi barədə dedikləri cəfəngiyatdır. Bu cür nağıllara inanmaq lazım deyil».
Bunu «Simsar.az»a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirdi.
Azərbaycanın baş prokuroru olmüş Əli Ömərov «Yeni Müsavat»a müsahibəsində «övladlarınızdan vəzifədə olanı varmı» sualına cavab olaraq bildirib ki, övladlarının heç birinin vəzifəsi yoxdur: «Hamısı hüquqşünasdır. Azərbaycanda yaşayırlar, oğlanlarım hərbi xidmətlərini də başa vurublar. Amma hüquq-mühafizə orqanlarında işləmirlər. Daha doğrusu, mən vəzifədən çıxdığıma görə heç kim övladlarıma da iş vermir».
H.Paşayev deyir ki, o, vəzifədən uzaqlaşdırılan hansısa bir insanın yaxınlarına hakimiyyət tərəfindən vəzifə verilməməsinə rast gəlməyib: «Bu günə qədər mən belə halla rastlaşmamışam. Bu barədə deyilənlər cəfəngiyatdır. Müxalifət partiyalarının sədrlərinin, funksionerlərinin övladları, yaxınları dövlət ali məktəblərində oxuyur, müxtəlif vəzifələrdə çalışırlar. Dövlət qulluğuna qəbul indii test üsulu ilə həyata keçirilir. Kiməsə qarşı qərəzdən söhbət belə gedə bilməz. Əli Ömərov hansısa fəaliyyətinə görə, vəzifədən uzaqlaşıdırılbsa, bu o demək deyil ki, övladları işləyə bilməzlər».
H.Paşayev Əli Ömərovun YAP-ın onun Gəncədəki kabinetində yaradılması barədə dediklərinə də münasibət bildirdi. Xatırladaq ki, keçmiş prokuror “91-lər”dən biridir. «YAP-ın Gəncəbasar üzrə təşkilatı mənim Gəncədəki xidməti kabinetimdə quruldu. İndi bunu danarlar, danmazlar bilmirəm; Əli Nağıyev, Ağabəy Əsgərov gəlib həftələrlə mənim kabinetimdə otururdular, mənim köməkliyimlə insanlardan YAP-a üzvlük haqqında burada ərizələr yığırdılar. Bu gün onlar YAP-dadırlar. Bəlkə bu gün soruşsalar kimlərsə deyəcək ki, bu işdə Əli Ömərovun heç bir xidməti yoxdur. Amma mən elə insanların nə danışmasına fikir vermərəm, heç incimərəm də. Lakin fakt odur ki, YAP Gəncədə Əli Ömərovun kabinetində yaranıb» deyə Ə.Ömərov müsahibəsində bildirib.
YAP mətbuat xidmətinin rəhbəri isə deyir ki, hazırda bir çoxları YAP-ın yaranışını öz adlarına çıxmaq istəyir: «Yeni Azərbaycan Partiyasını ümumimilli lider Heydər Əliyev yaradıb. Əli Ömərov da bu prosesdə iştirakçı olub».

Ruslan XƏLİL






28 Yanvar, 2011  17:26 Baxılıb: 4264 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16