Onların işinin araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət ediləcək
Sanksiya tətbiq olunacaq 70 QHT-nin adı yaxın günlərdə ictimaiyyətə açıqlanacaq. Bunu «Simsar.az»a açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri
Səfər Alişarlı bildirib. Onun sözlərinə görə, Şuradan dövlət vəsaiti alan ən azı 70 təşkilat barəsində sanksiya tətbiq olunacaq»
Qeyd edək ki, Şuranın sədri Azay Quliyev keçirdiyi hesabat konfransında bildirib ki, bəzi QHT-lər vaxtı-vaxtında götürdükləri layihə üzrə hesabatlarını verməyiblər: «Bir qrupu isə ümumiyyətlə, hesabat verməyib. Həm qanunların qarşıya qoyduğu öhdəlik, həm də müqavilə imzaladıqları zaman üzərilərinə götürdükləri öhdəliklər nəzərə alınmır. Bu təşkilatlar əmin olsunlar ki, çox ciddi tədbir görüləcək. İlkin olaraq artıq şuranın bu barədə qərarı var. Ən azı 70 təşkilat bu cür sanksiyalara məruz qalacaq. Belə təşkilatlara 2 il layihələrini verilməsinə qadağa qoyulacaq. Sonda isə barələrində hüquq-mühafizə orqanlarına müraciət ediləcək».
A.Quliyev bildirib ki, heç kimə güzəşt edilməyəcək:
«Heç kimdən asılı olmayaraq, heç bir təşkilata güzəşt olunmayacaq. Bu il də bizdən vəsait alanlar bunu unutmasınlar və öhdəliyə əməl etsinlər».