Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SİYASƏT

ZƏRDÜŞT ƏLİZADƏ VƏFA QULUZADƏNİ QƏRƏZLİ SAYDI

Vəfa Quluzadə: «bu ölkə Azərbaycanı daxildən partlatmaq istəyir»

Zərdüşt Əlizadə: «Vəfa müəllim bir vaxtlar ancaq Rusiya və İranı söyürdü. Son illər Qərbi də söyməyə başlayıb. İrəliləyiş var»

Son günlər gündəmə gələn Azərbaycan-İran müanasibətləri hər iki ölkənin siyasi dairələri tərəfindən müzakirə olunmaqdadır. Qonşu ölkə Azərbaycanda cəmiyyətin dindar kəsiminə qarşı təzyiqlərin gücləndirilməsini sionistlərə xidmət kimi qələsə verir, aradan qaldırılmasını tələb edir, qarşı tərəf isə İranı daxili işlərə qarışmaqda ittiham edir.  
Bu arada hətta müstəqil politoloqlar da İranı Azərbaycanla bağlı hansısa xoşagəlməz niyyətlərdə olduğunu bildirirlər.
Məsələn, politoloq Vəfa Quluzadə «Milli.az»a müsahibəsində bildirib ki, əslində, İranın Azərbaycana olan münasibəti və bizimlə bağlı tutduğu mövqe əzəl başdan məlum idi: «1991-ci ildə Sovet İttifaqı çökəndən və Azərbaycan dövlət müstəqilliyi qazanandan sonra İran dövlətimizi özünə çəkərək Cənubi Azərbaycana birləşdirmək istədi. Sonra isə Tehran Azərbaycanda dini dövlət yaratmaq istədi. Daha doğrusu, İrandakı dairələr Azərbaycandakı dünyəvi sistemi darmadağın edərək İrandakı kimi dini sistem qurmağa çalışdılar. Bu məqsədi həyata keçirmək üçün İran külli miqdarda maliyyə vəsaiti xərclədi, Azərbaycana çoxsaylı din xadimləri yolladı. Təbii ki, bu, İranın çox kobud və açıq şəkildə Azərbaycanın daxili işlərinə qarışması idi. Lakin iranlı mollalar unudurdular ki, Azərbaycan əsrlər boyu xristian imperiyasının tərkibində, sonra da 70 il Sovet İttifaqının tərkibində olub, əhalidə dünyəvilik hissləri çox güclüdür. Üstəlik, Azərbaycan İranla müqayisədə, Qərbə daha yaxın, Qərbə daha meyllidir.

Bundan başqa, İran Azərbaycanda "əzilən İslam" görüntüsü yaradıb, bu amilini qabardaraq, dindarların hissi ilə oynayaraq burada öz maraqlarını və mənafelərini təmin etməyə çalışır.

Bəhs etdiyim məsələ İranın Azərbaycanda faydalanmağa çalışdığı əsas amildir. Azərbaycan öz maraqlarını qorumalı, ölkənin daxili işlərinə qarışmağa kimsəyə imkan verməməlidir. Ölkənin müvafiq dövlət strukturlarının İrandakı müəyyən və məlum dairələrin Azərbaycandakı siyasi, dini və ideoloji proseslərə qarışmalarının qarşısını sərtliklə almalı, ölkədəki bir qrup şəxs və strukturların başqa dövlətin təbliğatı ilə məşğul olmalarını dayandırmalıdır.
İran Azərbaycana xaricdən hərbi müdaxilə edən deyil. Yox, bu ölkə Azərbaycanı daxildən partlatmaq istəyir. İran Azərbaycanda himayə etdiyi şəxslər, qruplar və dairələr vasitəsilə öz məqsədlərinə çatmağa çalışır».
Politoloq Zərdüşt Əlizadə isə Vəfa Quluzadəni olduqcu qərəzli sayır: «Vəfa müəllim qərəzli politoloqdur. O bir vaxtlar ancaq Rusiya və İranı söyürdü. Son illər Qərbi də söyməyə başlayıb. İrəliləyiş var. O vaxtı «KQB»-nin rəhbərliyi bildirirdi ki, SSRİ üçün real təhlükə islam fundamentalizmidir. Amma SSRİ dağılanda məlum oldu ki, İslam fundamentalizminin heç bir təhlükəsi olmayıb. SSRİ yarıtmaz iqtisadi və siyasi idarəçiliyin nəticəsində dağıldı. Bu gün Azərbaycanda da İslam fundamentalizmi təhlükə deyil. İrandan Azərbaycana qarşı hansısa təhlükələrin olduğunu söyləmək də doğru deyil. Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri İran olub. İran uzun illər regionda nəhəng dövlət olub. Vaxtilə bütün Azərbaycan İranın əsarəti altında olub. Bu mənada qonşu dövlət nəhəngliyini qoruyub saxlamaqda maraqlı ola bilər. Amma real təhlükələr yoxdur. İslam faktoruna gəldikdə isə bildirim ki, Azərbaycan xalqının böyük əksəriyyəti müsəlmanlardan ibarətdir. Əgər hakimiyyət İranın burada İslamın əsas təbliğatçısı və müdafiəçisi rolunda çıxış etməsini istəmirsə, buyurub özü bu işi görsün. Quranı elə təlbiğ etsin ki, insanlar hakimiyyətin dediyinə inansın. İndi xalq yazıq neyləsin ki, ölkədə dini təbliğ edənlər Allahşükür Paşazadə və Hidayət Orucovdur? Xalqın qarşısına əməli və avazı üst-üstə düşən liderlər çıxmaldır ki, onların arxasınca getsinlər».
Z.Əlizadə bildirir ki, Azərbaycan zəhmət çəkib öz dövlətini gücləndirməlidir ki, xarici təsirlərə qarşı da dözümlü olsün.




RAMİN






24 Yanvar, 2011  17:57 Baxılıb: 2702 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16