Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SİYASƏT

İBRAHİM İBRAHİMLİ ƏLİ KƏRİMLİNİN MÜAVİNİ OLA BİLƏR

«Biz peşəkar siyasətçiyik, ona görə də peşəkar siyasətin içində olmaq bizim görəvimizdir»

Bir müddət öncə Müsavat Partiyasından istefa verən sabiq Divan üzvü İbrahim İbrahimli AXCP-yə üzv olacaq. Bizi bu barədə AXCP-nin tanınmış üzvlərindən biri məlumatlandırıb. Onun dediyinə görə, İbrahim İbrahimli AXCP rəhbərliyi ilə müntəzəm görüşür. Sabiq müsavatçı artıq qeyri-rəsmi AXCP üzvü adlandırıla bilər. İ.İbrahimlinin cəbhəçilərə qoşulmasının rəsmiləşməsi isə may ayının sonlarında həyata keçiriləcək. 
İnformasiyanı verən mənbənin dediyinə görə, İ.İbrahimli Müsavat Partiyasının mayda keçiriləcək qurultayında AXCP ilə birləşmək məsələsinə nöqtə qoyulmasını gözləyir. Birləşmə baş tutmayacağı halda qurultaydan dərhal sonra İ.İbrahimli AXCP-yə daxil olacaq. Bunun ardınca isə partiya sədrinin birinci müavini təyin ediləcək. Deyilənə görə, artıq sabiq müsavatçı ilə AXCP rəhbərliyi arasında bu haqda razılaşma da əldə olunub.

Məsələ ilə bağlı İ.İbrahimlinin özü ilə söhbət etdik. O, AXCP-yə üzv olacağı barədə xəbəri nə təkzib, nə də təsdiq etdi. Ancaq fikirlərindən belə göründü ki, bizə verilən informasiya həqiqətə əsaslanır: “Cəbhəçilərin istəyinə hörmətlə yanaşıram. Ancaq indidən hadisələri qabaqlamaq və nəyisə demək istəmirəm. Sadəcə olaraq biz Müsavatın qurultayının verəcəyi qərardan asılı olaraq bu birliyin baş tutub-tutmamasından çıxış edərək təbii ki, müəyyən addımlar atacağıq. Biz peşəkar siyasətçiyik, ona görə də peşəkar siyasətin içində olmaq bizim görəvimizdir. İndidən bununla bağlı heç nə demək fikrim yoxdur. Azərbaycanın milli-demokratik qüvvələrinin yüksələn xətlə siyasi proseslərə adekvat cavab verə biləcək modelinin reallaşmasını gözləmək lazımdır. Özümün bu proseslərdə harada olmağıma gəldikdə isə əvvəldən bəyan etmişəm ki, hansı partiya hakimiyyətin dəyişməsini hədəf kimi qəbul edəcəksə, kim bu siyasi məsuliyyəti öz üzərinə götürəcəksə, mənim həmin təşkilata yaxından kömək eləməyim şübhəsizdir”.

Qeyd edək ki, İ.İbrahimli Müsavatla AXCP-nin birləşməsini istəyən, buna çalışan şəxslərdəndir. O, istefasının səbəblərindən birinin də bu birləşmənin ləngiməsi ilə bağlı olduğunu bəyan edib.

ETİBAR






24 Yanvar, 2011  16:00 Baxılıb: 3323 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16