Elçin Həsənov gün ərzində eyni şəxslər tərəfindən izlənildiyini deyir
20 Yanvar günü Şəhidlər Xiyabanındakı müxalifətçilərlə polislər arasında yaranmış insidentdə iştirak edən AXCP-nın Gənclər Təşkilatının üzvü, jurnalist Elçin Həsənov təqib olunur.
Bu barədə “Simsar.az»a məlumat verən E.Həsənov dedi ki, onu izləyənlər mülkü geyimli şəxslər 20 Yanvar günü insidentdə orada olublar. Dünən səhər saat 8 radələrində Sumqayıtdan Bakıya gələrkən ağ rəngli ”VAZ-21 07" markalı Az 10 XJ 077 nömrə nişanlı avtomobildə iki şəxs tərəfindən izlənildiyini deyən E.Həsənov sabah daxili işlər naziri Ramil Usubova müraciət edəcək.
E.Həsənov bildirir ki, o, bu günə qədər 28 dəfə Daxili İşlər Nazirliyinə müraciət etsə də, heç bir müraciəti araşdırılmayıb.
RAMİN