Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SOSİAL

KOMİTƏ SƏDRİNİN BƏRƏKƏT SÖHBƏTİ

SEXLƏRİN 60 FAİZİ SƏNƏDSİZDİR

ÇÖRƏYİN KEYFİYYƏTİNƏ NƏZARƏT GÜCLƏNDİRİLMƏLİDİR
Gündəlik qida rasionumuzu çörəksiz təsəvvür etmək yəqin ki, mümkün deyil. Sağlam cəmiyyətin təməlini sağlam qidalanma təşkil edir, deyiriksə ilk növbədə qida məhsullarının keyfiyyətinə diqqət yetirməliyik. Çörəyin də qidalanmada mühüm rol oynadığını nəzərə alsaq, belə çıxır ki, onun keyfiyyətinin təminatı mühüm amildir. Lakin təəssüflər olsun ki, bu amil bir qədər diqqətdən kənarda qalır.
ÇÖRƏK BİŞİRMƏ SEXLƏRİNDƏ VƏZİYYƏT ACINACAQLIDIR
Standartlaşdırma Metreologiya və Patent üzrə Dövlət Komitəsi apardığı yoxlamalar nəticəsində çörək bişirmə sexlərində nöqsanlar aşkarlayıb. Dünən jurnalistlərlə söhbətində Azərbaycan Standartlaşdırma və Patent Agentliyinin sədri Ramiz Həsənov Bakıdakı çörək bişirmə sexlərinin standartlara cavab vermədiyini deyib. Hətta bildirib ki, bəzi sexlər buna görə cərimələnib. Bu cür halların aradan qaldırılması üçün işlər görüldüyünü deyən komitə sədri Ramiz Həsənov bu il bir sıra yeni laboratoriyaların istifadəyə veriləcəyini də bildirib.
BƏS GÖRƏSƏN, ÇÖRƏYİN HASİL OLMASI, BİŞİRİLMƏ PROSESİ ƏSLİNDƏ NECƏ? BU SAHƏDƏ STANDARTLAR VƏ QOYULAN TƏLƏBLƏR? Sumsar.az saytının bu suallarına Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov cavab verir. “Hazirda çörək bazarında hərcmərclik yaşanır. Çörək satışının da öz standartları var. Hər bir çörək sexinin fəalliyət göstərməsi üçün standartlara cavab verən texniki sənədləri olmalıdır. Ancaq çörək sexlərinin 60 faizində bu sənədlər yoxdu ”.
ÇÖRƏYİN KİMYƏVİ TƏRKİBİ
Çörəyin tərkibinə «E-240 formaldehid» maddəsinin qatıldığını Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da istisna etmir: “Çörəyin ömrünü uzadan maddə insanın ömrünü qısaldır. Onu da deyim ki, çörək istehsalında keyfiyyətsiz undan istifadə edilməsi mədə-bağırsaq xəstəliklərinin kütləviləşməsinə təkan verib. Bir çox istehsal müəssisələrində çörəyin çəkisinin ağır olması üçün kimyəvi qatqılardan yararlanırlar. Belə məhsullar isə 1 gündən artıq saxlanıldıqda, içi yapışqanlı olur və üfunət qoxuyur”
Gəlin unutmayaq ki, babalarımızın ən müqəddəs nemət kimi dəyər verdiyi çörəyə olan münasibət əslində, bəzilərinin fikirləşdiyi kimi, zibil qutusuna, ayaq altına atılmış nemət «gözümüzü tutar» kəlamı ilə bitmir. Çörəyə olan ehtiram süfrəyə sonuncu verilib, birinci yığılmaqla da müəyyənləşmir. Bu nemətə hörmət buğdanın əkin-biçinindən, necə üyüdülməsindən, hansı şəraitdə bişirilməsindən, alıcılara necə təqdim olunmasından başlayır. Amma bir şeyə mütləq inanmalıyıq, bu nemətlə öz adına layiq davranmaq lazımdır. Yoxsa, çörək doğrudan da gözümüzü tutar.
Aynurə Həsənova






22 Yanvar, 2011  16:26 Baxılıb: 2333 Çap

Bu bölmədə

27 Noyabr, 2024
Sabah leysan yağacaq
18 Noyabr, 2024
Sabah qar yağacaq

XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16