Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SOSİAL

Elçin Behbudov «kimin əmisi oğludur»?

İradə Cavadova və Mətləb Mütəllimli hüquq müdafiəçisini tənqid etdi

Yanvarın 13-də Nizami Rayon Polis İdarəsinin 24-cü bölməsində şəhid övladı Elvin Əsgərovun döyülərək öldürülməsi cəmiyyətin əksər təbəqələri tərəfindən etirazla qarşılandı. Olaya əksər hüquq müdafiəçiləri kəskin reaksiya verdi. Amma İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sərdi Elçin Behbudov Elvin Əsgərovun əvvəllər də polisə müqavimətə görə həbs edildiyini və onun “oğru dünyası”nda “vosmoyski” ləqəbi ilə tanındığını iddia edib. Hüquq müdafiəçsi hətta mərhumun polis əməkdaşının qulağını kəsdiyini də söyləyib. 

Maraqlıdır ki, Elçin Behbudov bir həftə öncə ən çox işgəncələrin DİN-in müvəqqəti saxlama təcridxanalarında olduğunu və ona monitorinq aparmağa icazə verilmədiyini bildirmişdi. Bu açıqlamadan sonra hüquq müdafiəçisinin Nizami Rayon Polis İdarəsinin rəsmiləri tərəfindən dəvət edilməsi suallar yaradır.

İlk sual Azərbaycanda işgəncələrlə bağlı Monitorinq Qrupunun təsis edilməsinə ehtiyacın olub-olmamasıdır.

İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri İradə Cavadova hesab edir ki, DİN baş verənlərə birmənalı mövqe bildirməliydi. «Əfsuslar olsun ki, əvvəllər olduğu kimi heç bir reaksiya olmadı. Elvinin polis idarəsində olması və oradan xəstəxanaya aparılması artıq sübutdur. Çünki gəncin döyülərək öldürülməsini söyləyən şahidlər var və televiziyada bu barədə də danışıbılar”. İ.Cavadova həmkarının söylədiklərinə inanmadığını bildirdi: “Lap həmin şəxs ən qatı cinayətkar olsa belə, onun polis tərəfindən döyülüb öldürülməsi yolverilməzdir. Biz insan hüquqlarından danışırıq, sivil ölkə qurmaq istəyiriksə qanuna tabe olmalıyıq. Yəni məhkəmə araşdırılması zamanı ortalığa çıxmalı idi ki, filankəs “vorzakon”dur və cinayət edib. Amma heç kəs hüquq-mühafizə orqanlarına həbs olunan şəxslə o cür davranmağa səlahiyyət verməyib. Həm də Elvin Əsgərov cinayətkar yox, təqsirləndirilən şəxs olub. Ona görə ki, onun haqqında məhkəmə qərarı olmayıb. Belə bir adamın müdafiəyə, vəkilə ehtiyacı olub. Mən Elçin Behbudovun bəzən səsləndirdiyi absurd bəyanatlarına mövqe sbildirmək istəməzdim. Əgər o, belə bir şey deyibsə, yanlış fikirdir. Çox təəssüf edirəm ki, İşgəncələr Əleyhinə Komitənin sədri belə açıqlamalar verir. Heç olmasa mövqe bildirə bilmirsə, susardı.

Hüquq müdafiəçisi Mətləb Mütəllimli də işgəncələrlə bağlı Monitorinq Qrupunun yaradılmasına ehtiyac olduğunu söylədi: “Çünki bu sahə ilə məşğul olan adamlar müəyyən faktları gizlədirlər. Bu mənada müstəqil şəxslərdən ibarət Monitorinq Qrupu yaradılmalı və müvəqqəti saxlama yerlərində vəziyyət araşdırılmalıdır. Çünki Elvin Əsgərovun ölümü birinci hadisə deyil və əvvəllər belə hallar olsa da, heç kim cəzalandırılmayıb. Görünür, cəzalandırılma olmadığından bu cür hallar təkrarlanır”.

Hüquq müdafiəçisi bildirdi ki, adətən cəzaçəkmə və müvəqqəti saxlama yerlərinə müəyyən adamlar və İctimai Komitənin üzvləri gedirlər. Amma mövcud problemlərə gərəkli səviyyədə yanaşılmır: Cəza, işgəncə halları gizlədilir».

Natiq CAVADLI






21 Yanvar, 2011  17:09 Baxılıb: 7812 Çap

Bu bölmədə

27 Noyabr, 2024
Sabah leysan yağacaq
18 Noyabr, 2024
Sabah qar yağacaq

XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16