Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

Əhalinin banklara olan inamı ölüb

Səbəb «Texnikabank»ın ötən illərdə 100-ə yaxın əmanətçiyə milyonlarla manat atmasıdır

«2010-cu ildə əhalinin banklara olan etibarlılıq dərəcəsində geriləmə müşahidə olunub. Səbəb kimi «Texnikabank» Açıq Səhimdar Cəmiyyətinin Bakı Filialında 100-ə yaxın əmanətçinin banka qoyduqları vəsaitlərin hesaba otuzdurulmaması və mənimsənilməsidir. Zərərçəkənlərə dəyən ziyan bu günə qədər də aradan qaldırılmayıb».
Bu barədə «Media-Bank» Araşdırmalar Mərkəzinin tədqiqatlarında qeyd olunub. Mərkəzin ekspertləri bildirirlər ki,
son illər bank sisteminə güclənməkdə olan meyl ötən ilin sonlarında azalıb və bu geriləmə hazırda da davam etməkdədir. “Texnikabank”ın rəhbərliyi müəyyən məhkəmə orqanları ilə, müstəntiqlərlə əlbir olub onlara pul ödəyir. Amma millətin pulunu vermir”. Bunları vaxtilə adı çəkilən bankın Bakı filialına əmanət qoymuş, lakin pulu şəxsi hesaba otuzdurulmayaraq mənimsənilən
Nəsrəddin Teyyub oğlu Sultanov deyib.
Bank özünü sığortalamaq üçün 2010-cu ildə adı bəlli olmayan qurum tərəfindən «ilin ən yaxşı bankı» nominasiyasına «layiq» görülüb.
Bildirək ki, 2010-cu ilin 27 aprelində Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə “Texnikabank” ASC-nin Bakı filialının keçmiş müdiri Zal Yusifov 15 il, Vüqar Behbudov isə 7 il müddətinə azadlıqdan məhrum olunub. Z.Yusifovun oğlu İslam Yusifov isə 8 il müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs edilib. İttiham aktına görə, “Texnikabank”ın Bakı filialının sabiq rəhbəri Zal Zakir oğlu Yusifov və filialın əməkdaşları onun oğlu İslam Yusifov, Vüqar Behbudov, Səmayə Məmmədova, Ramal Yusifov, Rauf Əhmədov, Ülvi Hüseynov, Fəxri Hüseynov, Dağıstan Nəsirov, Akif Həsənov, Elşən Həsənov, İntiqam Sultanov, Mübariz Zeynalov, Saleh Qasımov, Məhəmməd Mürsəlov 81 müştərinin pulunu mənimsəyiblər. Onlar zərərçəkmişlərin banka qoyduğu 4 mln. manat pulunu ələ keçiriblər.
Zal Yusifov istintaqa verdiyi ifadəsində bildirib ki, 2004-cü ildən 2007-ci ilin sonuna qədər qoyulmuş pulların təxminən 7 milyona qədəri "Texnikabank"ın müşahidə şurasının sədri Etibar Əliyevə verilib. İttihamları qəbul etməyən Z.Yusifov qeyd edib ki,
E.Əliyev ona Türkiyədə otel və binalar tikdirdiyini və bunun üçün ona pul lazım olduğunu bildirib.
Z.Yusifovun ifadəsindən belə deyir: "...22 avqust 2008-ci il tarixdə kassada qalan 2.494.932,09 manat pulu mən kassadan götürməmişəm. Həmin pul mən işdən çıxandan 7-8 ay əvvəl kassa qalığı kimi, sənədlərdə göstərilib. Pul isə faktiki olaraq kassada olmayıb. Bu barədə də Etibar Əliyevin şəxsən özünün xəbəri var idi və bu pulların özü tərəfindən ödənməsinə problemsiz baxırdım... 2008-ci ilin avqust ayında mən Etibar Əliyevə müraciət edib dedim ki, əmanətçilərə faizlər verə bilmirəm, onların pullarını qaytarmaq lazımdır. Həmin pullar isə qaytarılan kreditlər vasitəsilə ödənilməli idi...".
Zal Yusifov istintaqa onu da bildirib ki, əmanətçilərin qoyduqları pulların təxminən 90%-i sənədləşdirilmiş, qalan 10 %-i isə Etibar Əliyevin göstərişi ilə sənədləşdirilməmiş, yəni balansdan çıxarılmışdır.
Zərərşəkmişlər isə bütün bu işlərin arxasında oliqarxların, dövlət məmurlarının durduğunu və onların bir qrup hakim və müstəntiqlə birləşib əmanətçilərin pulunu mənimsəməyə çalışıdıqlarını vurğulayırlar: “Bizi hədələyirlər ki, bu bankın arxasında MTN durur, “Hakim ailədən” kimsə durur. Bizi hədələyən Texnika Bankın müşahidə şurasının sədri Etibar Əliyevdir. O, zərərçəkmişləri oliqarxların adı ilə çəkindirir. Biz də bundan çəkinirik. Ancaq MTN-nin əməkdaşları deyir ki, bu pul sizə verilməlidir».
Həmçinin qeyd olunur ki, 512 milyon manat dövriyyəsi olan Texnikabank bu gün 10 faiz şapka ilə işləyir.
Bildirək ki, bütün buk imi faktorlar imkanlı şəxslərlə yanaşı, sadə vətəndaşların bütünlüklə banklara olan inamına mənfi təsir göstərib.
Texnikabank faciəsindən sonra bu və digər banklar müxtəlif kampaniyalar keçirsələr də nəticəsiz olub.

RUSLAN






21 Yanvar, 2011  16:43 Baxılıb: 3053 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16