Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SİYASƏT

Sumqayıt müxalifətindən prezidentə mesaj

«Müharibə başlasa, biz sizin yanınızdayıq»

Ölkənin siyasi müxalifət partiyalarının Sumqayıt şəhərində yerləşən şöbələri, işğal olunmuş rayonlar üzrə təşkilatları, Qarabağ müharibəsi iştirakçıları, ziyalılar prezident İlham Əliyevə müraciət ediblər.

Müraciətdə bildirilir: «Cənab Ali Baş Komandan!

Vətənimizin taleyüklü məsələsi olan, Dağlıq Qarabağ problemi adı altında torpaqlarımızın 20 faizdən çox hissəsi uzun illərdir ki, erməni qəsbkarlarının işğalı altındadır. Təəssüf ki, 1994-cü il may ayının 12-də tərəflər arasında imzalanmış «Bişkek protokolu»nun maddələrinə əsasən cəbhələrdə bərqərar olmuş atəşkəs dönəminin ötən illəri ərzində problemin dinc yolla həllindən ötrü ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar nəticə verməyib. Danışıqlar prosesinin dalana dirənməsi istər vasitəçiliyi öz üzərinə götürmüş həmsədr ölkələrin, istərsə də dünyada söz sahibi olan digər dövlət və qurumların problemə kökündən yanlış yanaşdığını göstərdi. Ötən ilin axırlarında ATƏT üzvü olan dövlət başçılarının Astana sammiti bunu bir daha sübut etdi. Bu dövlət və qurumların problemə ədalətsiz və qərəzli yanaşdıqları göz qabağındadır. Fikrimizcə, Qafqazda maraqları toqquşan həmin dövlətlər problemin beynəlxalq hüquq normalarına uyğun həllinə maraq göstərmirlər və problemin həllindən ötrü təklif etdikləri yol bizim üçün dolaşıqdır.

Cənab Ali Baş Komandan!

Biz hesab edirik ki, problemin yeganə həlli yolu hərb yoludur. Azərbaycan hökuməti artıq mənasız bir şəkil almış sülh danışıqlarından birmənalı şəkildə imtina etməlidir. Sizi əmin edirik ki, siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı işğal altında olan torpaqlarımızın azad edilməsindən ötrü qəti müöbarizəyə qalxmış hökumətin yanında olacaq. Silahlı qüvvələrin işğalçı ordudan qat-qat güclü olduğunu nəzərə alaraq, vətənimizin, millətimizin bu günü və gələcəyi naminə bu böyük savaşda qalib gələcəyi inamındayıq. Ya qarabağ - Ya Ölüm!»

Müraciəti Müsavat, AXCP, KXCP, Ümid, VHP və digər siyasi partiya və təşkilatların nümayəndələri  imza atıblar.

 

RUSLAN   






20 Yanvar, 2011  15:49 Baxılıb: 2392 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16