Son zamanlar uşaqlarda yaranan skalioz xəstəlikləri geniş vüsət alıb. Onurğa sümüyü ilə bağlı olan xəstəlik haqqında bu dəfə “Ömür” klinikasının nevrapotoloqu Pərvanə Osmanova ilə danışdıq.
-Pərvanə xanım bir qədər onurğa əyrilikləri xəstəliyi haqqında məlumat verərdiniz. Bu xəstəliklər anadangəlmə, yoxsa sonradan yaranır?
-Anadangəlmə və sonradan qazanılmış da ola bilər. Biz bu gün anadangəlmələrdən danışmayacağıq. O ana bətninində dölün zədələnməsi zamanı yaranır. Ən çox rastlaşdığımız problem isə sonradan qazanılmalardır. Bu əyriliklər 3 yerə bölünür. Onurğanın önə, arxaya və yana əyilməsi. Onurğa sütununun təbii 2 əyriliyi var. Boyun və bel hissədə. Təbiət o əyriliyi onun üçün yaradıb ki, həmin vəziyyətdə biz rahat yeriyək, ayaq üstə dayanaq və boynumuzu rahat döndərək. Bu əyriliyin fizioloji funksiyası bundan ibarətdir. Bu fizioliji əyrilikdir. Potoloji əyriliklər isə 3 növdə olur. Kifos, lardos və skoliyoz. Kifos ən çox döş qəfəsində olur, onurğanın arxaya əyilməsidir. Lardos onurğanın önə əyilməsidir. Ən ox bel nahiyyəsində olur. Yanlara sola və sağa əyilməyə isə Skoliyoz deyilir. Bir də onurğanın qövsvari əyilməsi var.
-Bu əyriliklər insan sağlamlığı üçün nə problem yarada bilər? Uşaqlarda hansı yaşda bunu görmək olar?
-Sözügedən onurğa əyriliklərinin əsası uşaq doğulan gündən qoyulur. Yəni uşağın düzgün inkişaf eləməməsindən yaranır. Xəstəlik yaş yarıma qədər uşaqlarda formalaşır. Valideyn buna fikir vermir. Əgər uşağın ayağının altında yastı pəncə varsa, ayağının biri o biri ayağından qısadırsa buna mütləq valideyn fikir verməlidir. Uşağın budunun başı inkişaf etmirsə, o artıq natarazlıq yaradır. Bir tərəf yaxşı, digər tərəf isə az inkişaf edir. Bu da Lardosun əmələ gəlməsinə səbəb olur. Onurğanın bel hissədən önə doğru əyilməsi, burda gediş düzgün olmadığı üçün 2-ci olaraq Lardosun əmələ gəlməsinə səbəb olur. Bizə isə 13 yaşında müraciət edirlər. Valideyn uşağı çimizdirəndə görür ki, uşaq düzgün oturmur yaxud, özü bel ağrısından şikayət edir. Onurğa əyrilikləri adətən cinsi inkişafa yaxın dövrdə sürətlənməyə başlayır. Kiçik əyrilik olan zaman 9 yaşdan 13 yaşa qədər kəskin pisləşmə gedir. Əgər birinci dərəcəli əyrilikdirsə keçir ikinci dərəcəyə, ikinci dərəcəlidirsə keçir üçüncü dərəcəyə, üçüncü dərəcəlidirsə keçir dördüncü dərəcəyə. Cinsi yetişkənlik dövründə orqanizmə çoxlu vitaminlər və minerallar lazımdır. Sistemdə indokron, yenidən qurulma gedir. Bu, qızın qadınlıq fazasına, oğlandırsa kişilik fazasına gedən bir yoldur. Həmin gedən yolda problemlər yaranır. Qızda aybaşıların ləngiməsi olur. Bu da yumurtalıqlarının pozulmasına gətirib çıxara bilər. Uşaqda təngnəfəslik olarsa, onurğanın döş hissəsində problem ola bilər. Onurğanın əyriliyi orqanizmin düzgün fəaliyyət göstərməsinə imkan vermir. Çox zaman uşağın boynunun kökündə ağrılar olur, rahat ola bilmir. Bu da boyun nahiyyəsində olan problemlərdir. Boyundaki təbii Lardos, düz olanda problem yaranır. Bundan isə başa gedən sinirlərin, damarların gedişatının pozulması, baş ağrıları, əsəbilik və uşağın yaddaş pozuntusu yaranır. Xəstəliyin birinci dərəcəsi yüngül dərəcə hesab olunur. İkinci dərəcədə yüngül şikayətlər olur. Əsəbilik, əllərin tərləməsi və təngi nəfəslik yaranır. Üçüncü dərəcədə isə kəskinləşir.
-Əgər uşaqda bu xəstəlik birinci dərəcədədirsə və vaxtında müalicə edilməzsə gəlib 3 dərəcəyə çata bilər?
-Bəli, bu həm də uşağın sonrakı, inkişaf dövründən asılıdır. Bundan əlavə bir sıra xəstəliklər var ki, Skolyozu gücləndirir. Onurğanın yaxşı inkişafında kalsinin, fosforun, maqninin və mineralların rolu mütləqdir. Əgər uşaq doğuş travması alıbsa, uşağın başı zədələnibsə və tam müalicəsi sona qədər aparılmırsa, bunun müalicəsi 5 - 10 il çəkə bilər. Çox hallarda valideynlər laqeyd yanaşırlar.
“35 yaşı keçəndən sonra isə dözülməz ağrılar yaranır”
-Bu xəstəliklərə çox rast gəlinir?
-Son zamanlarda məktəblərə baş çəkimişik demək olar ki, 99% uşaqlarda onurğa əyriliyini gördük. 1-ci dərəcə hamıda var. Yüngül keçirilən raxitlikdən ya da doğuş travmasından qalan əyriliklərdir. Uşağı heç olmasa 9-10 yaşında mütəxəssis yanına aparmaq lazımdır. Onu da qeyd edim ki, bu sahədə yaxşı mütəxəssis də azdır. Aşkarlayan, müalicə edən çoxdur, amma nəticəsi yoxdur. Klinikamızın mütəxəssisləri baxımından üzümüz ağdır. Bizdə hər əyrilik üçün müəyyən bərpa proqramı var. Müraciət edən xəstə uşağın sinir, mədə bağırsaq sistemində nə problem varsa bərpa edirik. Əgər xəstəlik müalicə olunmazsa, 3 və 4 dərəcəyə çatanda əsasən qızlarda hamiləliyi başa çatdırılmaması meydana gəlir. Hansı ki, onurğa ağacı hamiləliyi 9 aya çatdırmalıdır. Vaxtından öncə uşaq salmalar, dölün düzgün inkişaf etməməsi bu səbəbdən də yaranır. Belə qızlara doğmağa icazə vermirik. Çox hallarda rast gəlinir ki, xəstəlik müalicə olunur ancaq bərpa dövrünə fikir verilmir. İstənilən xəstəlikdən sonra onun bərpa dövrü getməlidir.
- Bu xəstəliklərin fəsadlı nəticəsi xarici görünüşdə də kompleks yaradır.
-Bəli, normal dayanmaq mümkün olmur. Yeriyəndə axsama yarana bilər. 35 yaşı keçəndən sonra isə dözülməz ağrılar yaranır. Normal onurğada bir ağrı olursa, bu cür xəstələrdə 5 qat artıq ağrı olur.
-Sağalma üçün neçə kurs müalicə aprılmalıdır?
-Bu xəstənin yaşından, gec və tez müraciət etməsindən, dərəcəsindən asılıdır. 1-ci dərəcəli olanlar 2 kurs, 3-cü dərəcəlı olanlar isə 2 və artıq kurs müalicə götürməlidirlər. Xəstələr eyni zamanda xüsusi karsetlər geyinməlidirlər.
-Xarıcdən gətirilən hazır karsetlər yoxsa xüsusi tikilən?
-Bizim klinikada mütəxəssislərimiz hər xəstəyə individual olaraq karset hazırlayırlar. Hər bir xəstənin özünün bədən ölçüsü götürülür, və tikilir. Burada standartlıq yoxdur. Qeyd etdiyiniz xaricdən gətirilən hazır karsetləri isə çox yüngül formada istifadə etmək olar. Bəzən həkimlər bir tək karset yazırlar xəstəyə, bu isə düzgün deyil.
Xəyalə Rufullayeva