Avropa İttifaqı Avropa parlamentinin deputatı Tomaş Porebanın Azərbaycanın işğal altında olan ərazilərinə səfəri ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin notasını cavablandırıb.
Avropa İttifaqının Bakıdakı nümayəndəliyi artıq notanı XİN-ə təqdim edib.
Xatırladaq ki, Tomaş Poreba qanunsuz olaraq Azərbaycanın işğal altında olan ərazilərinə səfər edib və bir sıra görüşlər keçirib. Bu səfər Azərbaycanın narazılığına səbəb olub və bununla əlaqədar Azərbaycan XİN Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia və Polşa səfiri Mixal Labendaya etiraz notası təqdim edib.