Azərbaycan Suriyaya satdığı təbii qazın həcmini iki dəfə artırmaq niyyətindədir.
APA-nın məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib. Onun sözlərinə görə, 2012-ci ildən etibarən Azərbaycan Suriyaya ildə 1 mlrd. kubmetr qaz nəql edəcək, 2015-ci ildən isə bu həcm iki dəfə artırılaraq 2 mlrd. kubmetrə çatdırılacaq: “Hazırda bu məsələyə dair işlər, o cümlədən Türkiyə ərazisindən Azərbaycan qazının nəqlinin texniki tərəfləri və tariflər “BOTAŞ” şirkətilə müzakirə olunur. Gələn il ərzində bu istiqamətdə işlər davam etdiriləcək ki, 2012-ci ildən etibarən Azərbaycandan Suriyaya qazın ixracına başlanılsın”.
Qeyd edək ki, hazırda Azərbaycan Türkiyə, Rusiya, Gürcüstan və İrana qaz ixrac edir.
Milli.Az